525.Az

Avropa Komissiyası: Cənub Qaz Dəhlizinin genişləndirilməsi gündəmdədir


 

Avropa Komissiyası: Cənub Qaz Dəhlizinin genişləndirilməsi gündəmdədir<b style="color:red"></b>

"Cənub Qaz Dəhlizinin Avropa hissəsinin iki dəfə artırılması məsələsi artıq razılaşdırılıb".

"APA-Economics"in məlumatına görə, bunu Avropa Komissiyasının Enerji Direktorluğunun baş direktorunun müavini Klaus-Dieter Borxardt Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən mətbuat konfransında çıxış edərkən bildirib.

Onun sözlərinə görə, Cənub Qaz Dəhlizinin genişləndirilməsi məsələsi gündəmdədir və buna baxılır. Dəhlizin genişləndirilməsi Xəzər dənizində olan yataqların gələcəkdə işlənilməsi üçün zəmin yaradacaq. Bu məsələ gələcək tədbirlərdə də müzakirə obyekti olacaq.

Xəzərin Azərbaycan sektorunda böyük və perspektivli qaz yataqları və strukturları var və bunlar gələcəkdə Avropaya nəql ediləcək Azərbaycan qazının həcmlərini artırmağa imkan verəcək, deyə Borxardt bildirib.

O həmçinin bildirib ki, gələcəkdə Cənub Qaz Dəhlizi Cənubi-Şərqi Avropa və Qərbi Balkan ölkələrini də əhatə edə bilər.

 





28.02.2020    çap et  çap et