525.Az

İrəvanda ermənilər Rusiyaya qarşı çıxdılar


 

İrəvanda ermənilər Rusiyaya qarşı çıxdılar<b style="color:red"></b>

İrəvanda Prezident Administrasiyası önündə Ermənistanın Gömrük İttifaqına daxil olmaq barədə hökumətin qərarından imtina olunmasını tələb edən 40-50 nəfərin iştirakı ilə aksiya keçirilir.

APA-nın “Novosti Armeniya”ya istinadən xəbərinə görə, Milli Özünütəyinetmə Birliyi Partiyasının sədri Paruyr Ayrikyanın da iştirak etdiyi aksiyada “Vilnüs, ya da istefa”, “Gömrük İttifaqına yox!”, “Rus imperiyasına yox!” şüarları qaldırılıb.
 
Qeyd edək ki, sentyabrın 3-də Ermənistan və Rusiya prezidentləri Serj Sarkisyan Ermənistanın Gömrük İttifaqına daxil olması və Avrasiya İqtisadi Birliyinin yaradılması haqqında razılığa gəliblər.

 





26.11.2013    çap et  çap et