525.Az

Qərargah üzvü: "Sağlam adamın maska taxmağına ehtiyac yoxdur"


 

Qərargah üzvü: "Sağlam adamın maska taxmağına ehtiyac yoxdur"<b style="color:red"></b>

"Bizin xəstəxanaların və tibb personalının maska və ya spirt çatışmazlığı problemi yoxdur. Amma bütün respublikanın maska və tibbi spirtlə təminatı bizim səlahiyyətimizdə deyil".

APA-nın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, TƏBİB-in İşçi Qrupun rəhbəri Vasif Əliyev deyib.

Onun sözlərinə görə, təkcə koronavirusa aid deyil, bütün respirator xəstəliklərdə xəstə adam maska taxmalıdır.: "Sağlam adamın maska taxmağına ehtiyac yoxdur. Bu maskalar o qədər qoruyucu deyil, xəstə adam maska taxmalıdır ki, virus yayılmasının qarşısını alır. Xəstəxanalarda tibb işçiləri üçün qoruyuculuğu yüksək olan xüsusi maskalar var, bu isə apteklərdə satılmır".

 





28.02.2020    çap et  çap et