525.Az

Nazirlər Kabineti yanında operativ qərargahın məlumatı


 

Nazirlər Kabineti yanında operativ qərargahın məlumatı<b style="color:red"></b>

İran Islam Respublikasından Azərbaycan ərazisinə keçən və yoxlanılmaq üçün karantin yerlərinə götürülmüş şəxslər və onların yaxınları bəzi hallarda ictimai qaydaları kobudcasına pozur, tibbi heyətə qarşı zor tətbiq edir, müayinənin normal şəraitdə aparılmasına mane olurlar.

Koronavirusun yayılması təhlükəsinə  qarşı görülən tədbirlərin normal şəraitdə həyata keçirilməsini təmin etmək məqsədilə Nazirlər Kabineti yanında operativ qərargah hüquq  mühafizə orqanlarına belə halların qarşısının alınması ilə bağlı  göstəriş vermişdir.

Karantin normalarını pozan, tibbi heyətin normal iş rejiminə  mane olan hər bir şəxsə  qarşı qanunun tələblərinə uyğun şəkildə tədbirlər görüləcəkdir.

Qərargahın tapşırığı ilə hüquq-mühafizə orqanları asayişin qorunması istiqamətində işləri davam etdirəcəklər.

 

 





28.02.2020    çap et  çap et