525.Az

İranda dövlət idarə və müəssisələrində iş saatı azaldılıb


 

İranda dövlət idarə və müəssisələrində iş saatı azaldılıb<b style="color:red"></b>

İranda koronavirus epidemiyası ilə əlaqədar ölkə üzrə dövlət idarə və müəssisələrində iş saatı azaldılıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur deyib.

Onun sözlərinə görə, bütün əyalətlərdə dövlət idarə və müəssisələrində iş saatı əyalət başçısının qərarı ilə 2 saat azaldılır.

Qeyd edək ki, İran parlamenti də koronavirus epidemiyası ilə əlaqədar bütün iclaslarını əlavə məlumat verilənədək təxirə salıb. Bundan başqa, ölkə ərazisindəki bütün məktəblərdə 3 gün müddətinə tətil elan olunub.

 





28.02.2020    çap et  çap et