525.Az

Dünyanın ən zəngin insanları həftə ərzində 444 mlrd. dollar itirib


 

Dünyanın ən zəngin insanları həftə ərzində 444 mlrd. dollar itirib<b style="color:red"></b>

Koronavirusun yayılması fonunda fond birjalarının göstəricilərinin ciddi azalma səbəbindən bu həftə dünyanın ən zəngin 500 insanın cəmi sərvəti 444 mlrd. ABŞ dolları azalıb.

"APA-Economics"in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, ən çox pul itkisinə məruz qalanlar dünyanın ən zəngin üç adamı "Amazon"un rəhbəri Ceff Bezos, "Microsoft" korporasiyasının təsisçisi Bill Geyts və Fransanın LVMH Şirkətlər Qrupunun ("Louis Vuitton Moet Hennessy") baş meneceri Bernar Arno olub. Onların ümumi sərvəti təxminən 30 mlrd. dollar azalıb.

Digərlərinə gəldikdə, "Tesla"nın rəhbəri İlon Mask şirkətin səhmlərinin qiymətdən düşməsindən sonra 9 mlrd. dollar itirib.

 





29.02.2020    çap et  çap et