525.Az

Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış (davamı)


 

Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış <b style="color:red">(davamı)</b>

İdris ABBASOV 

İLAHİ DİNLƏR

Allah-Təalanın peyğəmbərlərinə vəhy etdiyi dinlərə ilahi dinlər deyilir. Allah tərəfindən göndərilən bütün peyğəmbərlərin təbliğ etdiyi din ilahi din olaraq səciyyələndirilir. "İlahi din" istilahı ilə yanaşı "səmavi din" termini işlədilər. "Səmavi" göylə bağlı, göyə aid mənasını verir. Bu mənada "səmavi" kəlməsi bir məkan, yer ifadə edir. İslami anlayışa görə Uca Allah məkandan münəzzəhdir (uzaqdır). Bu termin yalnız göyü Tanrının məkanı kimi qəbul edən dinlər üçün düzgün bir səciyyələndirmə ola bilərdi. Çünki bəzi dinlərdə göy tanrıları (sky gods) mövcuddur. İlahi dinlərdə Uca Tanrı inancı olduğuna görə "səmavi" deyimi uyğun görülmür. Qurani-Kərim Hz.Adəmdən Hz.Muhəmmədə qədər gələn vəhyə peyğəmbərlərə dayanan dini ənənəyə "İslam" adını vermişdir. Yəhudilik xristianlıq, hətta Quranda adı keçən dinlər ilahi din kimi xarakterizə olunur. Hz.Adəm ilk insan ilk peyğəmbərdir. İlahi vəhyə söykənən Hz.Adəm övladlarını haqq dini, yəni ilahi din əsasında tərbiyə etmişdir. Sonradan insanlar bu dindən uzaqlaşmış yollarından sapmışdırlar. Uca Allah zaman keçdikcə göndərdiyi peyğəmbərləri vasitəsilə insanları haqqa tövhidə dəvət etmişdir. Dinin həqiqi vaizi qurucusu Allah-Təaladır. Dini Allahdan alıb təbliğ etdikləri üçün peyğəmbərlərə din şəriət vaizləri deyilə bilər. Allah tərəfindən vəhy edilib kitab endirilən Hz.Musa, Hz.İsa Hz.Məhəmməd kimi peyğəmbərlərin bildirdikləri dinləri ilahi dinlər kimi nəzərdən keçirəcəyik. Bu dinlər Yəhudilik, Xristianlıq İslamdır.

 

YƏHUDİLİK

 

Hz.Musanın peyğəmbər olaraq göndərildiyi qövmün adı yəhudilikdir. Bu gün yer üzündə iyirmi milyondan artıq yəhudinin olduğu söylənilir. Bunların dörd milyon yarıma qədəri İsraildə, altı milyonu ABŞ-da, qalanları isə Avropada dünyanın digər ölkələrində yaşayırlar. Hz.Musa tərəfindən təbliğ edildiyinə görə bu dinə "musəvi" deyilir. Yəhudilər müqəddəs kitablarında İsrail oğulları ilə Tanrı arasındakı "əhd"ə geniş yer vermişdirlər. Uca Tanrı Turi-Sinada bu qövmlə əhd bağlamış, Allahın əmrlərinə uyacaqları barəsində söz almış, sonra da Hz.Musanın şəxsində onlara Tövratı göndərmişdir. Buna görə bu din "əhd dini" kimi tanınır. İsrail oğullarının başına gələn müsibətlərin verdikləri sözün üstündə durmamaları ilə əlaqədar olduğu həm Tövratda, həm Qurani-Kərimdə dəfələrlə bildirilmişdir.

Bu dinin Babil sürgünündən sonra milli din statusu aldığı qeyd olunur. Amma yəhudilik, vəhyə dayanan müqəddəs kitaba peyğəmbərlərə yer verməsi ilə milli dinlərdən, milliləşdirilib bir irqə aid edilməsi ilə ilahi dinlərdən fərqlənir. Əslində bugünkü yəhudiliyin bir din, irq, yoxsa millət olduğu tam məlum deyildir. Yəhudilikdə din ilə irq -içə olduğundan birini digərindən ayırmaq çox çətinləşmişdir. Yəhudi dininin mərkəz nöqtəsi Qüdsdəki Məbəddir (ibranicə, Bet-ha-Miqdaş; ərəbcə, Beytu-l-Maqdis). Dağıdılmadan öncə bu Məbədin bir otağında "Əhd sandığı" saxlanılırdı. Yəhudiliyin simvolu "yeddi qəndil" "altıguşəli ulduz"dur (Davudun ulduzu).

Dünya ədəbiyyatında bu qövm yəhudi, ibrani, israil oğulları kimi müxtəlif adlarla adlandırılır.

Yəhudi. İsrail oğullarına peyğəmbər olaraq göndərilən İshaqın oğlu Yaqubun on iki oğlu var idi. Dördüncü oğlunun adı Yuda, yaxud Yahuda idi. Məhz onun adına nisbətlə İsrail oğullarına yəhudi deyilmişdir. Fələstinin cənub bölgəsində qurulan Yəhuda Krallığı da bu adın qaynağı kimi irəli sürülmüşdür.

İbrani. Bu söz "ibri", yaxud "hibri" kəlmələrindən törəmişdir. Miladdan öncə XV-XIV əsrlərdə Fələstində olmuş köçəri bir qəbiləyə verilən addır. "O tərəfin adamları" anlamında Fərat İordan çayının digər sahilindən gəlmiş köçəriləri ifadə edir. Yəhudilərə bu ad Kənan ölkəsinin yerliləri tərəfindən verilmişdir. Bu barədə yəhudilərin müqəddəs kitabında məlumat verilir.

İsrail. Bu söz Yaquba Tanrı tərəfindən verilmiş bir ləqəb sayılır. Ümumdünya Yəhudi Ensiklopediyasında sözün əsl mənasının müəyyən olmadığı, bildirilir, Təbəri isə Hz.Yaquba "gecə qaranlığında Allaha sarı gedən" anlamında "İsrail" deyildiyini qeyd edir. On iki yəhudi qəbiləsi İsrail adı ilə tanınır. Amma qeyd olunmalıdır ki, bu ad Hz.Süleymandan sonra ikiyə ayrılan ölkənin şimalda qalan bölümünü əmələ gətirən qəbilələrin krallığını səciyyələndirmək üçün işlədilmişdir. Yəhudi inancına görə Yaquba bu ad Tanrı tərəfindən verilmişdir. Buna görə yəhudilik milli bir din, Yehova da milli bir tanrı kimi qəbul edilmişdir. Quranda 40 ayədə 41 dəfə "Bəni İsrail" (İsrail oğulları) ifadəsi keçir.

Bu qövm Kənan diyarına (Fələstin) gəlib yerləşmədən öncə ibrani, orada yerləşdikdən sonra israilli, Sürgündən sonra isə toplum olaraq İsrail oğulları, fərd kimi yəhudi deyə adlandırılmışdır. Hər üç terminlə eyni din eyni qrup nəzərdə tutulur.

Yəhudiliyin tarixi onların müqəddəs kitablarına söykənir. Müqəddəs kitab dünyanın ilk insanın yaradılışından peyğəmbər Malakiyə qədər keçən hadisələri ehtiva edir. Sami irqindən sayılan ibranilər kəldanilərin Ur şəhərindən çıxıb Harrana gəlirlər. Yəhva (Tanrı) Abrama (Hz.İbrahimə) Hərran bölgəsindən Kənan diyarına köçməsini əmr edir. O da arvadı Saranı, qardaşının oğlu Lutu (Hz.Lut) Hərranda qazandıqlarını özü ilə götürərək Kənan diyarına gəlir. Ölkədə qıtlıq başladıqda Abram öz arvadı ilə Misirə gedir. Orada Fironla yaxınlıq qurduqdan sonra mal-dövlətləri artır. Çobanları arasındakı bir mübahisədən sonra Abramla Lut bir-birindən ayrılırlar. Lut şərqə doğru gedir, Abram isə Kənanda yerləşir. Abram bölgədə hakimiyyətini qəbul etdirir bu zaman əsir düşən qardaşı (daha öncə qardaşının oğlu kimi göstərilmişdir) Lutu qurtarıb yanına aparır. Bu hadisələrdən sonra Tanrıdan uşaq istəyir arvadı Saranın təklifi ilə cariyəsi Həcərlə evlənir ondan İsmayıl dünyaya gəlir. O zaman Abramın səksən altı yaşı var idi. Doxsan doqquz yaşında Tanrı ona görünərək onun nəslini çoxaldacağını xəbər verir. Allah ona belə xitab edir: "Mən isə, budur, əhdim səninlədir bir çox millətlərin atası olacaqsan artıq adın Abram (uca ata anlamında) çağırılmayacaq, fəqət adın İbrahim (xalqın atası anlamında) olacaq. Çünki səni bir çox millətlərin atası etdim... Səndən sonra sənin nəslinin Rəbbi olmaq üçün səninlə səndən sonra nəslinlə mənim aramdakı əhdimi nəsillər boyu əbədi əhd kimi sabit edəcəyəm. Sənin qürbət diyarını, bütün Kənan diyarını sənə səndən sonra zürriyyətinə (nəslinə) əbədi mülk kimi verəcək onların Allahı olacağam". Allah İbrahimə nəslinə əhd olaraq oğlan uşaqlarının sünnət edilməsini tövsiyə etmişdir. Eyni zamanda Allah İbrahimə arvadı Saraya bir oğul verəcəyini, adının da İshaq olacağını bildirməklə Saranı Həcərə qarşı olan qısqanclıqdan xilas edəcəyini bildirir.

İbrahim əhdin gerçəkləşməsi üçün özü doxsan doqquz, İsmayıl isə on üç yaşında ikən eyni gündə sünnət edilirlər. Digər tərəfdən Sara İshaqı doğur İbrahim oğlu İshaqı səkkiz günlük ikən sünnət etdirir. Uşaq böyüyüb süddən kəsildikdən sonra İbrahim böyük bir ziyafət verir. Bu zaman İsmayılın güldüyünü görən Sara İbrahimdən onu qovmasını tələb edir. Bu istək İbrahimi qane etmir. Ancaq Allah İbrahimə Saranın istəyini yerinə yetirməsini əmr edir. Çünki İbrahimin nəsli İshaqın adı ilə çağırılacaqdır. Həcər İsmayılı götürüb çölə gedir. Bir gün Allah İbrahimi imtahan etmək üçün oğlu İshaqı qurban etməsini istəyir İbrahimin bu işi həqiqətən icra etmək istədiyini görüb mələk vasitəsilə göydən bir qoç endirməklə onu bu işi görməkdən çəkindirir. Çünki İbrahim əmri yerinə yetirmişdir. Allah İbrahimin ölümündən sonra İshaqı mübarək qıldı. İshaqın Əsav Yaqub adlı iki övladı olur. İshaq yaşlaşıb gözləri görməz olduqda Yaqub atasının sevdiyi Əsavın yerinə özünü mübarək qıldırır Hərrana doğru yola çıxır. Gecə vaxtı yuxusunda Rəbb ona belə deyir: "Atan İbrahimin Allahı İshaqın Allahı Rəbb mənəm. Üzərində yatdığın diyarı sənə sənin nəslinə verəcəyəm; nəslin yerin tozu kimi qərbə, şərqə, şimala cənuba yayılacaqdır, yerin bütün qəbilələri sənin sənin nəslinin vasitəsilə mübarək qılınacaqdır..." Yaqub oyandıqda "Bura Allahın evidir bu, göylərin qapısıdır" deyərək oranı "Beyt əl-Ləhəm" (Allahın evi) adlandırır. Sonra yoluna davam edərək Hərrana yetişir. Orada anasının qardaşı Labanın yanında çalışır. Onun Labanın iki qızından onunla birlikdə gəlmiş iki cariyədən on iki oğlu bir qızı olur. Onları da götürüb Kənana, atasının yanına gəlir. Yaqub uşaqlarından ən çox Yusifi (Yosef) sevərdi. Buna görə qardaşları onu qısqanırlar. Yusif gördüyü yuxunu qardaşlarına söyləyir. Bu yuxuda "qardaşları ilə birlikdə bir tarlada buğda dərzləri bağladıqlarını, öz dərzinin dik durduğunu, onlarınkının isə bunun dərzinin ətrafında əyildiyini" söyləyir. Qardaşları bu yuxudan onun hegemon olacağı mənasını çıxarırlar ona qarşı qısqanclıqları artır. Digər bir yuxusunda Yusif Günəş, Ay on bir ulduzun ona səcdə etdiyini görür. Bu zaman qardaşlarının qısqanclığı daha da artır sürünü otararkən qardaşları onu soyunduraraq bir quyuya atıb atalarına qardaşlarını bir canavarın yediyini deyib qana batırılmış köynəyini ona göstərirlər.

(Ardı var)

 





26.11.2013    çap et  çap et