525.Az

Natia Turnava: "17 ölkə Cənub Qaz Dəhlizi layihəsində iştirak etməkdə maraqlıdır"


 

Natia Turnava: "17 ölkə Cənub Qaz Dəhlizi layihəsində iştirak etməkdə maraqlıdır"<b style="color:red"></b>

"Gürcüstanın təbii qaz nəqlindəki tranzit funksiyasından aldığı qaz kvotası arıtdıqca ölkə əhalisi ciddi fayda əldə edəcək".

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın İqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında "Cənub Qaz Dəhliz: Nailiyyətlər və Çağırışlar" adlı sessiyada çıxışı zamanı deyib.

O bildirib ki, hazırda 17 müxtəlif ölkə layihədə iştirak etməkdə maraqlıdır: "Nəticə etibarı ilə, bu layihə bizim ölkəmizin də – əhalimizin və müxtəlif müəssisələrimizin daha yaxşı qaz təchizatına imkan verəcək. Hazırda əsasən Avropa ölkələri olmaqla 17 müxtəlif ölkə layihədə iştirak etməyə maraq göstərir".

 





29.02.2020    çap et  çap et