525.Az

AZAL-ın təyyarəsi məcburi Bakıya qayıdıb


 

AZAL-ın təyyarəsi məcburi Bakıya qayıdıb<b style="color:red"></b>

Bakıdan Ankaraya yerli vaxtla 10:35-də yola düşən "Azərbaycan Hava Yolları"nın (AZAL) J2-003 nömrəli reysinin kapitanı texniki səbəbə görə Heydər Əliyev Beynəlxalq Aeroportuna qayıtmaq qərarını verib.

AZAL-dan "APA-Economics"ə verilən məlumata görə, Bakı vaxtı ilə 11:05-də təyyarə Bakının hava limanına uğurlu eniş edib.

Məlumata əsasən, ilkin məlumata görə reys saat 12:30 qədər gecikir.

 





29.02.2020    çap et  çap et