525.Az

İrandan gələn iki Azərbaycan vətəndaşında koronavirus aşkarlanıb


 

İrandan gələn iki Azərbaycan vətəndaşında koronavirus aşkarlanıb<b style="color:red"></b>

İran İslam Respublikasından qayıdan iki Azərbaycan vətəndaşında koronavirus xəstəliyinin əlamətləri müşahidə edilib.

Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, müvafiq qaydalara uyğun olaraq həmin şəxslər xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Aparılmış müayinələr nəticəsində onlarda koronavirusa yoluxma faktı qeydə alınıb.

Hazırda pasiyentlərin müalicəsi aparılır, onların vəziyyəti sabitdir.

Digər yoluxma hallarının aşkarlanması ilə bağlı həmin xəstələrin kontaktlarının müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər görülür.

 





29.02.2020    çap et  çap et