525.Az

Nazir səfiri qəbul edib


 

Nazir səfiri qəbul edib<b style="color:red"></b> Bu gün Xarici İşlər Naziri Elmar Məmmədyarov Misir Ərəb Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Tarik Abu Sinanı qəbul edib.
 
525.az-ın XİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, nazir Misir səfirini Azərbaycana səfir təyin olunması münasibəti ilə təbrik etmiş və iki ölkə arasındakı münasibətlərin mövcud səviyyəsindən məmnunluğunu bildirmişdir. O, həmçinin ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi üçün geniş imkanların olduğunu qeyd edərək, qarşılıqlı səfərlərin intensivləşdirilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsinin ümumi münasibətlərə töhfə verəcəyini vurğulayıb.
 
Misir Ərəb Respublikasının səfiri Tarik Abu Sina öz növbəsində ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu bildirib və iki ökə arasında münasibətlərin genişləndirilməsi üçün potensialın olduğunu diqqətə çatdırıb. Səfir ölkəmizdə fəaliyyəti müddətində bu münasibətlərin genişləndirilməsi istiqamətində səy göstərəcəyini diqqətə çatdırıb. 
 





12.10.2012    çap et  çap et