525.Az

Ukrayna prezidenti Vilnüsə gedəcək


 

Ukrayna prezidenti Vilnüsə gedəcək<b style="color:red"></b> Ukraynanın prezidenti Viktor Yanukoviç ilk dəfə Vilnüsdə Avropa Birliyinin «Şərq Tərəfdaşlığı» zirvə toplantısına qatılacağını bildirib.
 
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, o,  planın dəyişmədiyini və Vilnüsə gedəcəyini dəfələrlə sölyədiyini vurğulayıb.
 
Ukrayan prezidenti AB-yə assosiativ üzvlük haqda müqavilənin imzalanması məsələsini belə dəyərləndirib: «İstənilən anlaşma əsaslandırılmalıdır».
 
O, qeyd edib ki, Ukraynanın avrointeqrasiya yolunda başlıca hədəf  «milli marağın qorunmasıdır».
 
Xatırladaq ki, indiyə kimi onun Vilnüsə gedəcəyi məsələsi belə qətiləşməmişdi.
 





27.11.2013    çap et  çap et