525.Az

Şahmatçılarımız yarışa qələbə ilə başladı


 

Şahmatçılarımız yarışa qələbə ilə başladı<b style="color:red"></b>

Noyabrın 26-da  Türkiyənin Antalya şəhərində şahmat üzrə komandalararası dünya çempionatı başlayıb. Lent.az-ın  məlumatına görə, mundiala FİDE prezidentinin nominantı kimi qatılan Azərbaycan millisi ilk görüşünü ev sahiblərinə qarşı keçirib.

Yığmamızın liderləri Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovun qatılmadıqları yarışda kapitan Aleksandr Xalifmanın güvəndiyi şahmatçılar özünü doğruldub. Belə ki, Rauf Məmmədov, Eltac Səfərli və Vasif Durarbəylinin heç-heçə etdiyi matçı Nicat Məmmədov xilas edib. Onun sayəsində komandamız Türkiyəyə 2,5:1,5 hesabı ilə qalib gələrək, mundiala qələbə ilə başlayıb.

Digər 3 turda da eyni hesab qeydə alınıb. İlk turda yalnız Rusiya və Ermənistan yığmaları xalları yarı bölüblər.


TÜRKİYƏ - AZƏRBAYCAN - 1,5:2,5
Aleksandr İpatov (2630) – Rauf Məmmədov (2647) - 0,5:0,5
Draqan Solak (2618) – Eltac Səfərli (2653) - 0,5:0,5
Mustafa Yılmaz (2577) – Nicat Məmmədov (2616) -0:1
Barış Esen (2565) – Vasif Durarbəyli (2559) - 0,5:0,5

Almaniya – Misir - 2,5:1,5
Hollandiya – Çin - 1,5:2,5
Ukrayna – ABŞ - 2,5:1,5
Rusiya – Ermənistan - 2:2

 





27.11.2013    çap et  çap et