525.Az

Odessa polisindən ermənini döyən azərbaycanlı barədə açıqlama


 

Odessa polisindən ermənini döyən azərbaycanlı barədə <b style="color:red"> açıqlama</b>

Ukraynanın Odessa şəhərinin hüquq-mühafizə orqanları Azərbaycan vətəndaşı, 22 yaşlı Rəşid Mirzəyevi erməni Kadeçyanı döymək ittihamı ilə həbs edib. “Vesti.az”ın redaksiyası həmyerlimizin həbs olunmasının təfərrüatlarını aydınlaşdırıb.

Ukrayna Daxili İşlər Nazirliyinin Odessa vilayəti üzrə Baş İdarəsindən “Vesti.az”a bildiriblər ki, hadisə sentyabrın 28-də baş verib: “Saat 16:47-də Şors küçəsi 103 ünvanında yaşayan Odessa sakini Karen Kadeçyan ağır vəziyyətdə şəhər xəstəxanalarından birinə gətirilib. Zərərçəkənin qapalı kəllə-beyin travması, eləcə də sol tərəfdə 7-9-cu qabırğalarının sındığı müəyyən olunub. Tibb işçiləri onun kefli olduğunu da müəyyənləşdiriblər. Zərərçəkən K.Kadeçyan özü həkimlərə bildirib ki, onu küçədə tanımadığı adam döyüb.

Zərərçəkənin verdiyi ifadələrə uyğun olaraq hazırlanan fotorobot əsasında aparılan operativ-axtarış tədbirləri nəticəsində sentyabrın 29-da Odessa milli dəniz universitetinin gəmi-mexanika fakültəsinin I kurs tələbəsi, Azərbaycan vətəndaşı Rəşid Rafiq oğlu Mirzəyev saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi hadisəni etiraf edib. R.Mirzəyev Odessaya avqustun 24-də Moskvanın “Domodedovo” hava limanından gəlib. Onun sözlərinə görə, ordudan tərxis olunduqdan sonra Odessa milli dəniz universitetində təhsil almaq qərarına gəlib”.

Bu zaman saxlanılan insidentin hansı səbəbdən baş verdiyini söyləməkdən imtina edib. Amma mətbuatda yazılan xəbərlərə görə, insidentə erməninin azərbaycanlıları təhqir etməsi səbəb olub. R.Mirzəyevin anası bildirib ki, erməni K.Kadeçyan Azərbaycan Respublikası, azərbaycanlılar və zabit Ramil Səfərovu təhqir edib. Rəşid isə bu təhqirlərə cavab olaraq Kadeçyanı döyüb.

Xatırladaq ki, Azərbaycanın Ukraynadakı səfirliyindən verilən xəbərə görə, bu məsələ Ukraynadakı səfirimiz Eynulla Mədətlinin şəxsi nəzarətindədir. E.Mədətli konsul şöbəsinə vəziyyəti yaxından izləməyi tapşırıb. Yaxın vaxtlarda səfirliyin əməkdaşının Odessaya göndərilməsi planlaşdırılıb. Hələlik isə R.Mirzəyevin işi ilə Ukrayna azərbaycanlıları Konqresinin yerli şöbəsi məşğul olur.

 





12.10.2012    çap et  çap et