525.Az

Nadir Ağ durna son 10 ildə ilk dəfə Azərbaycanda görünüb


 

Nadir Ağ durna son 10 ildə ilk dəfə Azərbaycanda görünüb<b style="color:red"></b>

Nadir quş növlərindən sayılan Ağ durna (Sibir durnası) son 10 il ərzində Azərbaycan təbiətində ilk dəfə görünüb.

APA-nın "Bird Guides" jurnalına istinadən verdiyi məlumata görə, martın 1-də israilli ornitoloq Rami Mizrahi durnanı Şirvan Milli Parkında müşahidə edib.

Bu, həmin quşların miqrasiya dövründə özlərinə yeni durma nöqtəsi tapmasından və təbii şərait yaxşılaşdığı üçün Azərbaycana qayıtmasından xəbər verir.

 





03.03.2020    çap et  çap et