525.Az

Azərbaycanın İKT sahəsində innovativ islahatlar 2025-ci ilədək davam etdiriləcək


 

Azərbaycanın İKT sahəsində innovativ islahatlar 2025-ci ilədək davam etdiriləcək<b style="color:red"></b>

2025-ci ilədək Azərbaycanda İKT-nin tətbiqinin genişləndirilməsi və istifadə səmərəliliyinin artırılması istiqamətində innovativ islahatlar davam etdiriləcək, elektron xidmətlərin çeşidi və həcmi artırılacaq.

"APA-Economics"in məlumatına görə, bunu II Beynəlxalq "Kibertəhlükəsizlik həftəsi" çərçivəsində təşkil olunan "Təhlükəsiz Hökumət Buludu" mövzusunda keçirilən konfransda çıxış edən Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Onun sözlərinə görə, bu istiqamətdə aparılacaq işlər çərçivəsində beynəlxalq tələblərə cavab verən standartların tətbiqi daha geniş təmin ediləcək, rəqəmli iqtisadiyyatın formalaşması sahəsində görülən işlər fəallaşdırılacaq və regional data mərkəzləri şəbəkəsində "Hökumət buludu"nun infrastrukturu və potensialı gücləndirilərək bu tələbatları ödəməyə xidmət edəcək.

"2025-ci ildən sonrakı hədəf baxışda isə, uzunmüddətli perspektivdə İKT sahəsində regionda güclü potensiallı İKT sənayenin formalaşdırılması və beynəlxalq əhəmiyyətli informasiya tranziti xidmətləri, məhsul istehsalı üzrə ixtisaslaşma, o cümlədən "bulud" texnologiyaları əsasında regional xidmətlərin göstərilməsi təmin ediləcək", - deyə nazir müavini qeyd edib.

O həmçinin əlavə edib ki, belə yanaşma yaxın 5 il ərzində ölkədə "bulud" hesablama texnologiyalarından geniş istifadəsinə imkan yaradacaq: "Nəticədə, dövlət orqanları və biznes qurumlar öz istifadəçilərinə geniş çeşiddə "bulud" texnologiyaları əsasında həllər və xidmətlər təklif edəcəklər".

 





03.03.2020    çap et  çap et