525.Az

"Aljir" "Hədəf" Liseyində müzakirə olundu


 

"Aljir" "Hədəf" Liseyində müzakirə olundu<b style="color:red"></b>

Yazıçı Ülviyyə Tahirin “Aljir” tarixi romanı “Hədəf STEAM” Liseyində müzakirə olunub.

“Kitabsevərlər” qrupunun təşkilatçısı olduğu tədbirin moderatorluğunu “Hədəf” Nəşrlərinin direktoru Səbuhi Şahmursoy edib.

Müzakirədə oxucularla yanaşı, sözügedən romanın naşiri Nurman Tariq, yazıçılar Zahid Sarıtorpaq, Seyran İsmayıl, Amin Sükut, şair Ruzbeh Məmməd və başqaları iştirak ediblər.

Əvvəlcə liseydə yerləşən İnteraktiv Elm Muzeyinə baş çəkib, elmi eksponatlarla tanış olan qonaqlar sonra kitabın müzakirəsinə başlayıblar. Ümumilikdə uğurlu keçən tədbirdə “Aljir” romanının həsr edildiyi tarixi dövr – 1937-1938-ci illər repressiyası, onun səbəb olduğu faciələr, sonrakı fəsadları müzakirənin əsas xəttini təşkil edib.

Sonda müəllif Ülviyyə Tahir oxucular üçün kitab imzalayıb.

 





03.03.2020    çap et  çap et