525.Az

Ərdoğan və Davudoğlu Azərbaycana gəlirlər


 

Ərdoğan və Davudoğlu Azərbaycana gəlirlər<b style="color:red"></b>

İƏT Nazirlər Şurasının toplantısına ilk dəfə olaraq Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri də dəvət edilib

Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Azərbaycanda keçiriləcək 12-ci Sammitinə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da qatılacaq. APA-nın məlumatına görə, o, Bakıya oktyabrın 16-da gələcək.

Oktyabrın 15-də isə bu ölkənin xarici işlər naziri Əhməd Davudoğlu Samit çərçivəsində keçiriləcək Nazirlər Şurasına qatılmaq üçün Azərbaycana gələcək.

İƏT-in Nazirlər Şurasının toplantısına ilk dəfə olaraq Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri də dəvət edilib.

 





12.10.2012    çap et  çap et