525.Az

"Pegasus Airlines" İzmir-Bakı aviareysinin açılışını təxirə salıb


 

"Pegasus Airlines" İzmir-Bakı aviareysinin açılışını təxirə salıb<b style="color:red"></b>

Türkiyənin "Pegasus Airlines" aviaşirkəti İzmir-Bakı aviareysinin açılışını təxirə salıb.

"APA-Economics"in aviaşirkətin saytına istinadən xəbər verir ki, bu ilin martın 10-na planlaşdırılan İzmir-Bakı birbaşa sərnişin aviareysi üzrə ilk uçuş aprelin 2-nə keçirilib. Artıq aviaşirkət bununla bağlı mart ayına bilet almış sərnişinlərə xəbər göndərib. Bakıdan İzmirə ilk reys aprelin 3-də həyata keçiriləcək.

Qeyd edək ki, İzmir-Bakı-İzmir aviareysi üzrə uçuşlar həftədə iki dəfə yerinə yetiriləcək.

 





04.03.2020    çap et  çap et