525.Az

Voleybol üzrə Azərbaycan çempionatlarının oyunları da təxirə salınıb


 

Voleybol üzrə Azərbaycan çempionatlarının oyunları da təxirə salınıb<b style="color:red"></b>

Voleybol üzrə Azərbaycan çempionatlarının oyunları təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, bu addım Nazirlər Kabinetinin yanında operativ qərargahın müvafiq məlumatı (Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər çərçivəsində atılıb.

Azərbaycan Voleybol Federasiyasının qərarına əsasən, Super Liqa, Yüksək Liqa, həmçinin I Liqanın 4-10 mart tarixlərində keçirilməli olan matçları təxirə salınıb. Təxirə salınmış oyunların təşkili vaxtı hələ dəqiqləşməyib.

Qeyd edək ki, daha öncə eyni səbəbdən basketbol üzrə Azərbaycan çempionatı da dayandırılıb.

 

 





04.03.2020    çap et  çap et