525.Az

Aşıq Alının kitabı təqdim olunacaq


 

Aşıq Alının kitabı təqdim olunacaq<b style="color:red"></b>

Martın 5-i, saat 15-də, Atatürk Mərkəzində Aşıq Alının "Nə qaldı" kitabının təqdimatı keçiriləcək.

Şair-folklorşünas İlham Qəhrəmanın toplayıb tərtib etdiyi kitabda görkəmli el sənətkarı Aşıq Alının fərqli mənbələrdən götürülmüş, aşıq ədəbiyyatının ən müxtəlif janrlarında olan şeirləri toplanıb. Əldə olan mətnlərə tənqidi yanaşan tərtibatçı çoxsaylı deyim və sözlərə, dini-mifoloji məfhumlara aydınlıq gətirib, cinasları yenidən qurub şərh edib.

Bu kitabla Aşıq Alı irsi ilk dəfədir ki, oxuculara tam şəkildə çatdırılır. Kitab folklorşünaslar, aspirantlar, tələbələr, orta məktəblərin ədəbiyyat müəllimləri, aşıq şeiri həvəskarları və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, kitabın redaktoru Əsəd Cahangir, rəyçi Məhərrəm Qasımlıdır.

 





04.03.2020    çap et  çap et