525.Az

Məşhur jurnalistlər "Bir insan xilas edək" dedilər (VİDEO)


 

Məşhur jurnalistlər "Bir insan xilas edək" dedilər<b style="color:red"> (VİDEO)</b> ANS televiziyasının xəbərlər departamentinin baş redaktoru Murad Hüseynovun həyat yoldaşı Gülər Məmmədova ağır xəstədir.

Gülər Məmmədova ağır leykoz xəstəliyindən əziyyət çəkir. Hazırda o, həyat yoldaşı Murad Hüseynovla İstanbulda "American Hospital" klinikasında müalicəsini davam etdirir. Onun müalicəsinə 120 min ABŞ dolları məbləğində vəsait tələb olunur. 

Gülərin və Muradın həmkarları onlara dəstək üçün video çarxı hazırlayıblar. Videoda məşhur jurnalistlər Gülər Muradovanın tezliklə iki azyaşlı uşağına qovuşmasını və sevimli işinə qayıtmasını arzu ediblər.

Allah şəfa versin!
 





13.10.2012    çap et  çap et