525.Az

"2040-cı ilədək Ermənistan ermənilərsiz qala bilər"


 

"2040-cı ilədək Ermənistan ermənilərsiz qala bilər"<b style="color:red"></b> Getdikcə yaxşı həyat axtarışında olan daha çox Ermənistan vətəndaşı vətəni tərk edir. SSRİ-nin süqutundan və sosial-məişət şəraitinin pisləşməsindən sonra ölkəni yarım milyon insan tərk edib. Üç il ərzində bu rəqəm 100 min nəfərdən çox artıb. Trend-in məlumatına görə, bu barədə "Qolos Rosii" xəbər verir.

Ermənistanı yeni miqrasiya dalğası bürüyüb. Bəzi məlumatlara görə, 2011-ci ildən ölkəni 100 mindən artıq insan tərk edib.

"Repat-Armeniya" fondunun icraçı direktoru Vartan Maraşlyanın sözlərinə görə, hazırda ölkənin istər siyasi, istərsə də ictimai dairələrində miqrasiya mövzusu ən aktual və ən çox müzakirə olunan mövzulardan biridir: "Miqrasiya Ermənistan üçün ən böyük problemdir. Amma digər tərəfdən, heç vaxt xaricdə yaşamayan insanı fikrindən daşındırmaq çox çətindir. Nə qədər qeyri-adi olsa da, Ermənistana gələn və gedən insanların motivasiyası praktiki olaraq 100 faiz uyğun gəlir. İnsanlar öz uşaqlarının gələcəyinə görə, karyera arxasınca, ən yaxşı yaşayış keyfiyyəti üçün gedirlər və buraya eynilə həmin səbəblərə görə gəlirlər".
 





28.11.2013    çap et  çap et