525.Az

Marsın ən keyfiyyətli görüntüləri yayımlandı


 

Marsın ən keyfiyyətli görüntüləri yayımlandı<b style="color:red"></b>

Mars planetinin indiyədək çəkilmiş ən detallı panoraması yayımlanıb.

“Report” xəbər verir ki, fotoları Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) dərc edib.

Panorama 1 200 şəkildən ibarətdir və 1,8 milyard pikseli özündə ehtiva edir.

Fotolarda Şarp dağının yamacında yerləşən Qlen Torridon bölgəsi təsvir edilib.

Panoramanı qırmızı planetə göndərilmiş “Curiosity” cihazı çəkib. O, planetin səthini ötən il noyabrın 24-dən dekabrın 1-dək çəkib.

 





09.03.2020    çap et  çap et