525.Az

Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış (davamı)


 

Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış<b style="color:red"> (davamı)</b>

İdris ABBASOV

Yusif Misirdə Fironun bir məmuru olan Potifar tərəfindən satın alınır. Potifarın arvadı Yusifə aşiq olur, qarşılıq görməyincə iftira atıb onu həbs etdirir . Yusif Fironun gördüyü bir yuxunu açıqladığı üçün həbsdən azad edilərək Fironun yanında yüksək məqama sahib olur. Daha sonra Fələstində olan atasını qardaşlarını Misirə gətirir. İsrail oğulları, beləliklə, Misirə yerləşmiş olurlar. Əvvəl-əvvəl burada rahat həyat sürən yəhudilər zaman keçdikcə sıxıntılara məruz qalırlar. Onları bu sıxıntıdan qurtarıb "Ərzi-Mövud"a (Vəd olunmuş torpaq Fələstinə) aparan Moşe (Hz.Musa) olur (təxminən miladdan öncə 1250-ci il). Musa Fironun ordusunun Qırmızı dənizdə boğulması ilə nəticələnən hadisədən sonra yəhudiləri Sinaya gətirir. Sina dağında Hz. Musaya Tövrat On Əmr verilir. Yəhudilər Sina çölündə qırx il dolaşırlar. Musadan sonra Yeşu onları Fələstinə aparır. Fələstində hakimlər krallar dövründən sonra Kral David (Hz.Davud, m.ö. 1013-973) Qüdsü alır yəhudilərin ən parlaq dövrü başlayır. Oğlu Kral Şlomo (Hz.Süleyman, m.ö. 973-933) atası tərəfindən hazırlanan yerdə müqəddəs məbəd tikdirir. Müqəddəs Əhd Sandığı məbədin bir otağına qoyulur. Hz.Süleymanın ölümündən sonra krallıq cənubda Yuda (Yahuda), şimalda İsrail olmaqla ikiyə bölünür. On qəbilə İsrail, ikisi isə Yuda Krallığına daxil olur. Əvvəlcə İsrail Krallığı asuriyalılar tərəfindən m.ö. 721-ci ildə; sonra isə Yuda Krallığı babillilər tərəfindən m.ö. 586- ildə yıxılır. Məbəd viran edilir yəhudilər Babilə sürgün olunurlar. Sürgündə yəhidi xalqı Əzranın ətrafında birləşir m.ö. 538-ci ildə Qüdsə dönürlər. Məbəd m.ö.520-ci ildən sonra yenidən bərpa olunur. Yəhudi Müqəddəs Kitabı öncəki peyğəmbərlər kimi sonrakı kiçik peyğəmbərlərə yer verir. Babil sürgünü dövründə İşaya, Yeremya kimi peyğəmbərlər gəlmişdir. İlya-Məsihdən öncəki peyğəmbər Malakidir. Malaki Müqəddəs Kitabdakı son peyğəmbərdir.

Yəhudi tarixində Qüds İskəndərdən sonra aqidlər sələfkilərin əlinə keçdi. Məbəd m.ö. 168-ci ildə qarət edildi. Məqqabilər yenidən hakimiyyəti əldə etdilərsə , m.ö. 63- ildə başlayan Roma əsarəti dönəmi m.s. 70-ci ildə romalı komandan Titusun Qüdsü Məbədi dağıdıb viranə qoyması ilə nəticələndi. Yəhudilər dünyanın hər tərəfinə dağıldılar.

Qurani-Kərimə görə yəhudilik. Quranda yəhudilikdən bəhs edən bir çox ayələr mövcuddur. "Bəni İsrail", "yəhud" başqa adlarla məhz yəhudilər nəzərdə tutulur. "Əhli-kitab" deyimi yəhudilərə aid edilir. Quranda yəhudilərlə bağlı məlumatları aşağıdakı kimi təsnif etmək olar: 1) Allah tərəfindən yəhudilərə bəxş edilən nemətlər. 2) Əməl etmələri zəruri olan dini hökmlər. 3) Peyğəmbərlər tərəfindən onlara gətirilən hökmləri təbliği dəyişdirmələri doğru yoldan sapmaları. 4) Allaha qarşı əhdlərini pozmaları, verdikləri sözdən dönmələri bunu vərdiş halına gətirmələri. 5) Etdikləri pis işlərin ucbatından zillətə dilənçiliyə düçar olmaları. 6) Yer üzündə fitnə-fəsad törətməyə çalışmaları. 7) Bəzi peyğəmbərlərə saleh kimsələrə iftira etmələri, yaxud öldürmələri. 8) Mənfəətləri xatirinə həqiqətdən vaz keçmələri. 9) Allahın yəhudilərə tövsiyələri.

Quranda Hz.Musaya qədər olan dövr barəsində məlumatlar bu şəkildə sadalanır: Hz.İbrahim Ulu Allahın seçkin peyğəmbərlərindən biridir. O, yəhudi, xristiandır. O, müşriklərdən deyildir. Tək Allahı tanıyan həqiqi müsəlmanlardandır. Ulu Allah onu dost etmişdir. O, çox həssas, yumşaq təbiətli, qonaqpərvər, özünü Allaha həsr etmiş dopdoğru bir kimsədir. O, vəzifəsini tam yerinə yetirən ona suhuf (səhifələr) verilən bir peyğəmbərdir. Hz.İbrahimə yerin göylərin sirri verilmişdir. Bu barədə Quranda deyilir: "Beləcə, İbrahimə göylərin yerin mələkutunu (mülkünü, səltənətini, oradakı qəribəlikləri gözəllikləri, onların Allah qüdrəti ilə yaradılmasını) göstərdik ki, tam qənaətlə inananlardan olsun!" Hz.İbrahim Allahdan başqa bütlərə, ulduzlara, Ay Günəşə tapınan atasına ruzi verməyən, eşitməyən, görməyən şeylərə ibadət edən qövmünə qarşı çıxmış, onları başa salmağa çalışmışdır. Hz.İbrahim dostunun aləmlərin Rəbbi olduğunu bildirərək belə deyir: "Məni yaradan doğru yola yönəldən Odur! Məni yedirdən içirdən Odur! Xəstələndiyim zaman mənə yalnız O şəfa verir. Məni öldürəcək, sonra (yenidən) dirildəcək Odur". Hz.İbrahimi oda atsalar da Uca Allah onu oddan xilas etmişdir. Qurani-Kərim Hz.İbrahimlə bağlı verdiyi qissələrdə insanlara Allah axirət inancı mövzusunda yol göstərmiş, ibrət vermiş onları düşünməyə vadar etmişdir.

Allah-Təala Hz.İbrahimi onun soyundan gələnləri peyğəmbər etdi. Onlara yaxşı işlər görmələrini, namaz qılmalarını zəkat vermələrini əmr etdi. Hz.İbrahim Allahdan bir uşaq istədi. Allah da ona qocalığında İsmayıl İshaqı bəxş etdi. İsmayıl uşaq ikən atası yuxusunda onu qurban etdiyini gördü bunu oğluna bildirdi. İsmayıl atasına əmr olunanı yerinə yetirməsini buna səbr edəcəyini söylədi. Beləliklə, Hz.İbrahim oğlunu qurban etmək üçün yanı üstə uzatdı. Uca Allah yuxusundakı əmrə bağlılığına görə bir qurban göndərdi. Hz.İsmayıl doğru, itaətkar, səbirli, sözünün üstündə duran sadiq bir kəs kimi Cəbrayıl vasitəsilə ona vəhy edilən Allahın bir peyğəmbəridir.

Hz.İshaq da doğru, saleh, mübarək qılınmış, hidayətə çatdırılmış, axirət yurdunu düşünən, könüldən Allaha bağlı bir peyğəmbərdir. İshaq anası çox yaşlı ikən Allahın bir lütfü olaraq bəxş edilmiş anası bu hadisəyə çox sevinmişdir. Hz.İshaq da Hz.İbrahim Hz.İsmayıl kimi ona vəhy olunan peyğəmbərlərdən olmuşdur. Hz.Yaqub Hz.İshaqdan sonra müjdələnən, ona vəhy endirilən peyğəmbərlərdən, dində qüvvətli, xalis, saleh, səbirli, hidayətə qovuşdurulmuş bir şəxsiyyət idi. Hz.Yaqubun ən sevimli oğlu Hz.Yusif ixlaskar, elm hikmət sahibi, gözəl bir yaradılışa sahib, yuxu təbirini bilən, ona vəhy gələn peyğəmbərlərdən idi.

Hz.Yusif uşaq ikən bir gün atasına "yuxumda on bir ulduz, günəş ayın mənə səcdə etdiklərini gördüm" deyir. Atası ona bu yuxunu qardaşlarına açmamasını tapşırır. Hz.Yaqub oğluna Allah tərəfindən seçiləcəyini, ona yuxu təbiri öyrədiləcəyini, daha əvvəlkilərə olduğu kimi Allahın həm ona, həm Yaqub ailəsinə nemətini tamamlayacağını söyləyir. Yuxuda gördüyü kimi qardaşları Yusifi qısqanırlar. Onu quyuya ataraq atalarına qanlı köynəyini gətirib Yusifi bir qurdun yediyini söyləyirlər. Bir yolçu qafiləsi Yusifi quyudan çıxarıb özləri ilə bərabər Misirə aparıb bir vəzirə satır. Vəzirin arvadı Yusifə aşiq olur, qarşılıq görmədikdə onu şərləyərək zindana atdırır. Misir məlikinin yuxusunu yorumlayan Yusif saraya götürülərək Misir xəzinəsində məmur olur. Bir müddət sonra Misirə gələn qardaşları onun hüzuruna çıxırlar. Yusif qardaşlarını tanıyır bir vasitə ilə ailəsini Misirə gətirtdirir. Bu minvalla İsrail oğulları Misirdə yerləşirlər. Hz.Yusif zamanında Misirdə məskunlaşmış İsrail oğulları daha sonra Fironun zülmünə məruz qalaraq əsarət həyatı yaşamağa başlayırlar. Onları bu sıxıntıdan Hz.Musa qurtarır.

Tövrata görə Hz.Musa. Yusifin ölümündən sonra Misirdə yəhudilər çoxalmağa başladıqda yeni Firon Yusifin xidmətlərini unudub bundan əndişələnməyə başlayır. O, hər yeni doğulan yəhudi körpəsinin öldürülməsini əmr edir. Musa belə bir zamanda dünyaya gəlmişdi. Anası onu yalnız üç ay gizlədə bilir. Sonra onu bir səbətə qoyub çaya buraxır. Nil çayının sahilində qamışlıqdakı səbətin vəziyyətini Musanın bacısı Məryəm izləyirdi. Nildə yuyunan Fironun qızı onu tapır bir ibrani uşağı olduğunu anlayıb halına yanır. Məryəm uşağı əmizdirmək üçün bir ibrani qadın çağıra biləcəyini söyləyir Fironun qızının razılığı ilə uşağın öz anasını gətirir. Uşaq anasına verilir "sudan çıxarılmış" anlamına gələn "Moşe" (Musa) adlandırılır. Musa gənclik çağlarında yəhudilərin yanına gedər, onların şikayətlərini dinləyərdi. Bir dəfə bir misirlinin bir yəhudini döydüyünü görərək həmin misirlini öldürərək Midyana qaçır. Orada Midyan kahininin qızı ilə evlənir kahinin sürüsünü otarır. Bir gün Xorebdə Allahın mələyi alov içərisində Musaya görünür. Geri dönmək istəyən Musanı Allah kolluğun ortasından çağırıb deyir: "Mən atanın, İbrahimin, İshaqın Yaqubun iman etdiyi Allaham". Musa üzünü örtür, çünki Allaha baxmaqdan çəkinirdi. Rəbb dedi: Həqiqətən, Misirdə olan qövmünün sıxıntısını gördüm... Onların fəryadını eşitdim. Çünki onların acılarını bilirəm. İndi gəl, mənim qövmümü, İsrail oğullarını Misirdən çıxarmaq üçün səni Fironun yanına göndərim". Beləliklə, Musaya yəhudiləri Misirdən çıxarmaq vəzifəsi verildi. Qardaşı Harun da ona yardımçı verildi. Bu vəzifəni yerinə yetirmək üçün Musa Misirə geri döndü. Qövmünü Misirdən çıxarıb Kənan diyarına aparmaq istədiyini bunu Allahın əmri olduğunu söylədikdə Firon "Allah kimdir ki, mən ona itaət edim" deyərək onları saraydan qovdu. Bununla da onlar arasında mücadilə başladı möcüzə göstərməyə qədər gedib çıxdı. Fironun sehrbazları bütün hünərlərini ortaya qoydular. Musanın əsası bir əjdahaya çevrilib onların bütün sehrlərini uddu. Buna baxmayaraq Firon İsrail oğullarının Misirdən çıxmalarına izn vermədi. Buna görə Rəbb Yəhva "misirlilərə bəla verəcəyini, insandan heyvana qədər bütün ilk doğanları öldürəcəyini" bildirdi. Allah Musa vasitəsilə Misir torpaqlarına "on fəlakət" verdi. Belə olan təqdirdə Firon onların Misirdən çıxmasına izn verdi. İsrail oğulları Qırmızı dənizə doğru hərəkət etdilər. Amma Firon öz qərarından peşman olaraq onları təqib etməyə başladı. Qırmızı dənizə çatdıqda Musa əlini uzatdı, sular yarıldı, İsrail oğulları keçdi. Sonra təkrar əlini uzatdıqda su əvvəlki halını aldı, nəticədə Firon ordusu boğuldu. Ac qaldıqda göydən "man" adlandırdıqları ilahi qida yağdığı söylənilir. Qırx il "man" yedikdən sonra su sıxıntısı çəkməyə başladılar Allaha yalvardılar. Allah Musaya əlindəki əsanı bir qayaya vurmasını əmr etdi. O, əsasını qayaya vurduqda oradan su fışqırdı. İsrail oğulları Misirdən çıxmalarının üçüncü ayında Sina gölünə gəldilər. Orada Allah Sina dağında Musanı çağıraraq onlara verdiyi nemətlərə görə İsrail oğullarının yaxşı bir qövm olma sözünü almaq üçün ona tapşırıqlar verdi. Üçüncü gün Tanrı Sina dağının üzərinə atəş içində endi Musanı yanına çağıraraq ona on əmr verdi.

Musa İsrail oğullarını çətin uzun bir mücadilədən sonra vəd edilən torpaqlara yaxınlaşdırdı yüz iyirmi yaşında vəfat etdi.

(Ardı var)

 

 





28.11.2013    çap et  çap et