525.Az

Ermənilər işğal olunmuş Azərbaycan torpaqlarında təlimlər keçirlər


 

Ermənilər işğal olunmuş Azərbaycan torpaqlarında təlimlər keçirlər<b style="color:red"></b>

Ermənilər işğal olunmuş Azərbaycan torpaqlarında hərbi təlimlərə başlayıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ermənistan Silahlı Qüvvələri qoşunların qarşıdurma xəttinin Ağdam istiqamətində iri miqyaslı hərbi təlimlər keçirir.

Təlimlər Ağdamın işğal altında olan Uzundərə adlanan ərazisinə aparılır.

Təlim zamanı ağır artilleriya qurğularından istifadə olunur.

Atəş səsləri rayonun bütün yaşayış məntəqələrindən eşidilir.

 





09.03.2020    çap et  çap et