525.Az

Qədim çini qab hərracda 4 milyon avroya satıldı - FOTO


 

Qədim çini qab hərracda 4 milyon avroya satıldı -<b style="color:red"> FOTO</b>

Fransanın Burj şəhərində keçirilən hərracda 18-ci əsrə aid, Çin imperatoru Tsyanluna məxsus olan çini qab satılıb.

“Report” xəbər verir ki, bu barədə RİA “Novosti” “France Bleu” radiostansiyana istinadən məlumat verib.

Mütəxəssislər lotu, təxminən, 1-2 milyon avro dəyərində qiymətləndirsələr də, Çindən olan alıcı çini qab üçün 4,1 milyon avro təklif edib.

Radiostansiyanın məlumatına görə, daha əvvəl qab fransız ailəsinə məxsus olub.

Qeyd olunur ki, belə çini vazalar cüt şəkildə hazırlanıb. Bu qabın ikinci nüsxəsi 13 il əvvəl Böyük Britaniyada 4 milyon avroya satılıb.

 





10.03.2020    çap et  çap et