525.Az

Lukaşeviç: "Qarabağ münaqişəsində vəziyyət sadə deyil"


 

Lukaşeviç: "Qarabağ münaqişəsində vəziyyət sadə deyil"<b style="color:red"></b>

“Dağlıq Qarabağ münaqişəsində vəziyyət yumşaq desək, sadə deyil”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu bu gün Xəbərlərin Milli Xidmətində keçirilən Moskva-Vyana videokörpüsündə çıxış edən Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç deyib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasındakı vəziyyət və münaqişənin həlli prosesində yaxın vaxtlarda hansısa konkret tədbirlərin görülüb-görülməyəcəyi ilə bağlı sualı cavablandıran rusiyalı diplomat vəziyyətin sadə olmadığını bildirib.

“Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşündən sonra müşahidə etdiyimiz tendensiyalara gəlincə, bu haqda danışmaq mənim üçün hələlik çətindir. Mövzu mürəkkəb, çoxşaxəlidir. Bu mövzu ilə ATƏT-in Minsk Qrupunun həmsədrləri məşğul olur, regiona səfər edir, fəaliyyətdə olan sədrə məruzə edirlər. Yaxın vaxtlarda həmsədrlərin Minsk qrupu iştirakçılarını məlumatlandırmaq üçün Vyanaya səfərini gözləyirik. Əlbəttə ki, vəziyyət, yumşaq desək, sadə deyil. Ancaq böyük insidentlər yoxdur, silahlı fəaliyyət geridə qalıb. Fikrimcə, bunu ATƏT daimi şurasında müzakirələrlə mühakimə edə bilərəm. Münaqişə tərəfləri arasındakı mübahisə bir az soyuyub. Mənə elə gəlir ki, tərəflər siyasi tənzimləmənin parametrləri ilə bağlı ciddi müzakirələr aparmaq üçün əlavə imkanlardan istifadə etməyə çalışacaqlar. Sizi də bütün 57 iştirakçı dövlətin dəstəyindən istifadə edən ATƏT-in Minsk Qrupu həmsədrləri "üçlüyünün" razılaşdırılmış bəyanatlarına yönləndirərdim”, - deyə A. Lukaşeviç vurğulayıb.

 





10.03.2020    çap et  çap et