525.Az

Çaykovski adına Orkestr Heydər Əliyev Mərkəzinə gələcək


 

Çaykovski adına Orkestr Heydər Əliyev Mərkəzinə gələcək<b style="color:red"></b>

Rusiyanın P.Çaykovski adına Böyük Simfonik Orkestri dekabrın 11-də SSRİ Xalq Artisti Vladimir Fedoseyevin dirijorluğu ilə Heydər Əliyev Mərkəzində çıxış edəcək.

Mərkəzdən daxil olan məlumata görə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan klassik musiqi gecəsində Üzeyir Hacıbəylinın “Koroğlu” uvertürası, Qara Qarayevın “Yeddi gözəl” baletindən süita, Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”, Niyazinin “Arzu” romansı, “Küçələrə su səpmişəm” xalq mahnısı səslənəcək.

Tamaşaçılara, həmçinin dünya klassikası – İohannes Brams, Frans Vaksman, Vinçenso Bellini, Cakomo Puççini, Pyotr Çaykovski, Sergey Raxmaninov və Georgi Sviridovun ölməz əsərləri təqdim olunacaq.

Qeyd edək ki, P.Çaykovski adına Böyük Simfonik Orkestr 1930-cu ildə radioda klassik musiqi translyasiyası məqsədilə yaradılıb. 1974-cü ildə SSRİ Xalq Artisti Vladimir Fedoseyev orkestrə bədii rəhbər və baş dirijor təyin olunub. Artıq 40 ilə yaxındır ki, Vladimir Fedoseyevin rəhbərliyi altında çalışan orkestr dünyanın müxtəlif ölkələrində qastrollarda olub, beynəlxalq festivallarda çıxış edib.

 





29.11.2013    çap et  çap et