525.Az

"Koronavirus dünya turizminə təsirsiz keçməyib"


 

"Koronavirus dünya turizminə təsirsiz keçməyib"<b style="color:red"></b>

"Koronavirus dünya turizminə təsirsiz keçməyib. Bu, bir faktdır və təəssüfləndirici haldır".

APA-nın məlumatına görə, bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bildirib.

O, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun qarşısına qoyulan məqsədləri də açıqlayıb:

"Birinci məqsəd bu ağır vəziyyəti birlikdə keçmək və tərəfdaşların yanında durmaqdır. İkincisi bu vəziyyətin yaratdığı iqtisadi və sosial problemləri ən minimum  formada keçməkdir. Üçüncüsü isə çalışırıq ki, vəziyyət yenidən normallaşanda Azərbaycan yenidən insanların səyahət etmək istədiyi əsas məkanlardan biri olsun. Hazırda işimizə daha da fokuslanmaq üçün gözəl məqamdır".

 





11.03.2020    çap et  çap et