525.Az

Fransa səfirindən Azərbaycan-Ermənistan sərhədində gərginliyə münasibət


 

Fransa səfirindən Azərbaycan-Ermənistan sərhədində gərginliyə münasibət <b style="color:red"></b>

Fransanın Azərbaycandakı səfiri Zakari Qross Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən gərginliyə münasibət bildirib.

APA-nın xəbərinə görə, səfir jurnalistlərə açıqlamasında deyib ki, Fransa Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların davam etdirilməsini dəstəkləyir.

“2020-ci ildə tərəflər arasında hər hansı gərginliyin olmayacağına və danışıqların uğurla davam edəcəyinə ümid edirəm. Biz Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların davam etdirilməsini dəstəkləməyə davam edəcəyik”, - deyə səfir qeyd edib.

 





11.03.2020    çap et  çap et