525.Az

Bu gün finaldır


 

Bu gün finaldır<b style="color:red"></b>

Bu gün 17 yaşlı qızlar arasında Azərbaycanda təşkil olunan dünya çempionatına yekun vurulacaq.

Qol.Az-ın məlumatına görə, son oyun günündə iki qarşılaşma baş tutacaq.

İlk öncə meydana üçüncü yer uğrunda Qana və Almaniya yığmaları çıxacaq. Ardından isə qızıl medallar uğrunda görüşə start veriləcək. Saat 20:00-da başlayacaq oyunda Fransa və Şimali Koreya milliləri üz-üzə gələcək.
 
Qeyd edək ki, Fransa millisi yarımfinalda Qana yığmasını (2:0), Şimali Koreya isə Almaniyanı (2:1) məğlub edərək finala vəsiqə qazanmışdılar.

 


13 oktyabr

Üçüncü yer uğrunda görüş

17:00. Qana - Almaniya

 

Final matçı

20:00. Fransa - Şimali Koreya

 





13.10.2012    çap et  çap et