525.Az

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Göygöldə qəbul keçirdi


 

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Göygöldə qəbul keçirdi <b style="color:red"></b>

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə martın 11-də Göygöl rayonunda sakinləri fərdi qaydada qəbul edib.

Qəbuldan əvvəl Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə və Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Turani Əliyev ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, ulu öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Sonra Ə.Əhmədzadə Göygöl Suvarma Sistemləri İdarəsinin inzibati binasında rayondan olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib.

Müraciətlər, əsasən, suvarma suyuna tələbatın ödənilməsi üçün yeni boru xətlərinin çəkilməsi, nasos stansiyaların tikintisi, subartezian quyularının cəmiyyətin balansına götürülməsi, yeni subartezian quyularının qazılması, suvarma kanallarının beton üzlüyə alınması və digər məsələləri əhatə edib.

Hər bir vətəndaşın müraciətini dinləyən sədr şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə məsul işçilərə müvafiq tapşırıqlar verib.

Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, eyni gündə ASC-nin sədr müavinləri Rafiq Aslanov Samux rayonunda, Zakir Quliyev isə Goranboy rayonunda vətəndaşları fərdi qaydada qəbul edib, onların müraciət və şikayətlərinə baxıblar.

 





12.03.2020    çap et  çap et