525.Az

İlahiyyat İnstitutuna müvəqqəti rektor təyin edildi


 

İlahiyyat İnstitutuna müvəqqəti rektor təyin edildi<b style="color:red"></b>

Azərbaycan İlahiyyat İnstitutuna rektor vəzifəsini müvəqqəti icra edən şəxs təyin edilib.

İnstitutdan APA-ya verilən məlumata görə, adətən belə hallarda rektor vəzifəsini prorektorlardan biri icra edir.

Hazırda bu vəzifə Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinova həvalə edilib.

Qeyd edək ki, İnstitutun rektoru Ceyhun Məmmədov 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat seçilib. Prezident İlham Əliyev sərəncamı ilə Ceyhun Valeh oğlu Məmmədov Azərbaycan İlahiyyat İnstitutunun rektoru vəzifəsindən azad edilib.

 





12.03.2020    çap et  çap et