525.Az

Məşhur aktyorla həyat yoldaşı koronavirusa yoluxdu


 

Məşhur aktyorla həyat yoldaşı koronavirusa yoluxdu<b style="color:red"></b>

Dünyaca məşhur amerikalı aktyor Tom Henks və həyat yoldaşı Rita Uilson koronavirusa yoluxub.

Axşam.az xəbər verir ki, bu barədə sənətçi sosial media hesabında məlumat verib.

Aktyor bildiribi ki, Elvis Preslinin həyatı ilə bağlı filmə çəkilmək üçün Avstraliyaya yollanıblar. “Covid-19” virusuna orada yoluxublar.

Paylaşımda karantində qalacaqlarını bildirən Tom Henks yeni xəbərləri dərc edəcəyini söyləyib.

Qeyd edək ki, 66 yaşlı sənətçi “Forest Qamp” filmi ilə məşhurlaşıb.

 





12.03.2020    çap et  çap et