525.Az

Muzeylərdə təqdim olunan audiobələdçilər artıq mobil telefonlarda


 

Muzeylərdə təqdim olunan audiobələdçilər artıq mobil telefonlarda<b style="color:red"></b>

Azərbaycanda muzey sahəsində ilk dəfə 2019-cu ildə Mədəniyyət Nazirliyi tərəfindən yüksək səviyyəli ekskursiyaların təşkili üçün Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi və Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna Azərbaycan, rus, ingilis, fransız və ərəb dillərində audiogidlər gətirilib.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, audiogidlər üçün avadanlıq Fransanın “ORPHEO Group” şirkətindən alınıb. “ORPHEO Touche” cihazları tərəfindən hazırlanmış mobil tətbiqlər (application) “iOS” və “Android” əməliyyat sistemli telefonlara yükləməklə istifadə etmək mümkündür.

Avadanlıqlar 2 formada təqdim edilir: “Orpheo mikro LX” və “Orpheo touch”. Bu avadanlıqlardan dünyanın ən məşhur muzeylərində (Fransanın Orse Muzeyində, Versal Sarayında, Tokyo Metropolitan Muzeyində) və digər muzey müəssisələrində istifadə olunur.

“Orpheo mikro LX” avadanlığı üçün 5 dildə hazırlanmış mətnlər həmin dillərin xarici ekspertləri tərəfindən tərcümə edilib. Səs yazıları Gürcüstanda fəaliyyət göstərən səsyazma studiyasında yazılıb.

Audiogidlərə qulaq asan zaman mətnləri müşayiət edən musiqi Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Musiqi Fondundan əldə edilib. Audiobələdçilərin mətnləri müxtəlif yaşa malik olan insanlar üçün ayrı-ayrılıqda hazırlanıb.

Bu mobil tətbiqləri ödənişsiz olaraq yükləməklə muzeylərdə qorunub saxlanılan eksponatlar haqqında məlumat əldə etmək mümkündür. Təqdimatlar video və şəkil formatında hazırlanıb.

 





12.03.2020    çap et  çap et