525.Az

Rusiya XİN təmas xəttində atəşkəsin pozulmasına münasibət bildirib


 

Rusiya XİN  təmas xəttində atəşkəsin pozulmasına münasibət bildirib<b style="color:red"></b>

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan sərhədində və təmas xəttində atəşkəsin pozulması hallarına münasibət bildirib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə sərhəddə və qoşunların təmas xəttində baş verən insidentlərə görə təəssüfləndiklərini deyib: “Təəssüflər olsun ki, sərhəddə və qoşunların təmas xəttində atəşkəs rejimin pozulması halları davam edir. Nəticədə ölənlər və yaralananlar var. Ölənlərin yaxınlarına başsağlığı verirəm. Biz tərəfləri güc tətbiq etməkdən çəkinməyə, münaqişənin siyasi yolla həllinə istiqamətlənən danışıqlar prosesini aktivləşdirməyə çağırırıq. Sizi əmin edə bilərik ki, biz bu mövzunu izləməyə davam edəcəyik".

 





12.03.2020    çap et  çap et