525.Az

Siqaret çəkənlər koronavirusa daha az yoluxurlar?


 

Siqaret çəkənlər koronavirusa daha az yoluxurlar? <b style="color:red"></b>

Azərbaycanlı alim, tibb üzrə fəlsəfə doktoru, ölkənin baş infeksionisti Cəlal İsayev siqaret çəkənlərin koronavirusa yoluxma riskinin aşağı olması ilə bağlı fikirləri əsassız hesab edir.

O, “Report”a açıqlamasında bildirib ki, əksinə, siqaret çəkənlərin bu virusa yoluxma ehtimalı daha yüksəkdir.

C.İsayev qeyd edib ki, tütündən istifadə edən şəxslər bu virusu ağır keçirə bilər: “Siqaret çəkmək əsasən ağciyərlərə mənfi təsir edir. Siqaretin tək xeyiri insanı qocalmağa qoymur, çünki tez öldürür”.

 





13.03.2020    çap et  çap et