525.Az

Bu gündən birinci sinfə qəbulla bağlı məktəb seçiminə başlanılır


 

Bu gündən birinci sinfə qəbulla bağlı məktəb seçiminə başlanılır<b style="color:red"></b>

Bu gündən etibarən birinci sinfə qəbulla bağlı məktəb seçiminə başlanılır.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, martın 13-ü saat 11:00-dən etibarən valideynlər məktəb seçimini həyata keçirə bilərlər.

Qeyd edək ki, I sinfə elektron qəbula martın 10-u saat 11:00-dən etibarən start verilib. 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

 





13.03.2020    çap et  çap et