525.Az

Parlamentdə “Soyqırımı haqqında” qanunun qəbulu təklif edildi


 

Parlamentdə “Soyqırımı haqqında” qanunun qəbulu təklif edildi <b style="color:red"></b>

“İşğal olunmuş torpaqlar haqqında qanunun yaz sessiyasının Qanunvericilik İşlər Planına daxil edilməsinə ehtiyac var”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin  plenar iclasında yaz sessiyasının qanunvericilik işlər planı ilə bağlı müzakirədə millət vəkili Elman Məmmədov bildirib.

E. Məmmədov deyib ki, eyni zamanda parlamentdə Qarabağ Komitəsi yaradılmalıdır: “Xalqımız dəfələrlə soyqırımına məruz qalsa da, biz hələ “Soyqırımı haqqında” qanun qəbul etməmişik. Bir həqiqət var ki, məcburi köçkünə müavinət onun məcburi köçkün statusuna görə verilir. Ancaq Nazirlər Kabinetinin bununla bağlı müvafiq qərarında kifayət qədər ziddiyyətlər var. Bu ziddiyyətlər aradan qaldırılmalıdır”.

Millət vəkili qeyd edib ki, Qarabağ münaqişəsinin həlli ilə bağlı parlamentdə ya qapalı, ya açıq müzakirələr keçirilməlidir: “Bu məsələ Milli Məclisin Qanunvericilik İşlər Planına daxil edilməlidir”.

Millət vəkili eyni zamanda parlamentdə iş rejiminin dəyişməsini də təklif edib: “Ya iclas saat 11-də başlayıb, 13:00-da bitməli, ya da 10:00-da başlayıb, 12:00-da bitməlidir”.

 





13.03.2020    çap et  çap et