525.Az

Avrokuboklar da dayandırıldı – UEFA-dan yeni qərar


 

Avrokuboklar da dayandırıldı – <b style="color:red">UEFA-dan yeni qərar</b>

UEFA Çempionlar Liqası və Avropa Liqasının gələn həftə üçün keçirilməsi nəzərdə tutulan oyunlarını təxirə salıb.

Qol.az xəbər verir ki, bu haqda qurumun rəsmi saytı məlumat yayıb.

Qurum Avropada geniş yayılan koronavirusa görə bu qərarı verib. Qərar Çempionlar Liqasının 1/8 final mərhələsinin martın 17 və 18-də,  Avropa Liqasının 1/8 final mərhələsinin martın 19 və 20-də nəzərdə tutulmuş oyunlarını əhatə edib.

Oyunların yeni tarixi barədə məlumat veriləcəyi bildirilib.


Hansı oyunlar təxirə salınıb:

Çempionlar Liqası

“Yuventus” – “Lion”
“Mançester Siti” – “Real”
“Barselona” – “Napoli”
“Bavariya” – “Çelsi”

Avropa Liqası

“Bayer” – “Reyncers”
“Hetafe” – “İnter”
“Şaxtyor” – “Volfsburq”
“Vulverhempton” – “Olimpiakos”
“Bazel” – “Ayntraxt”
“Kopenhagen” – “İstanbul Başakşehir”
“Mançester Yunayted” – LASK
“Roma” – “Sevilya”

 





13.03.2020    çap et  çap et