525.Az

Tədqiqat nüvə reaktorunun yaradılması üçün texniki tapşırıqlar hazırlanacaq


 

Tədqiqat nüvə reaktorunun yaradılması üçün texniki tapşırıqlar hazırlanacaq<b style="color:red"></b>

Azərbaycanda tədqiqat nüvə reaktorunun yaradılması üçün texniki tapşırıqların və zəruri sənədlərin hazırlanması yaxın 2 ilə tamamlanacaq.

Bunu "APA-Economics"ə Milli Nüvə Tədqiqatları Mərkəzinin rəhbəri Adil Qəribov deyib.

Onun sözlərinə görə, sənədlər hazırlanandan sonra onlar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim olunacaq.

"Layihə Milli Nüvə Tədqiqatları Mərkəzi və Beynəlxalq Atom Enerjisi Agentliyi ilə birgə icra olunur. Paralel olaraq biz kadr hazırlığı istiqamətində işlər aparırıq. Hazırda 15-ə yaxın mütəxəssisimiz nüvə fizikası, nüvə reaktor fizikası sahəsində hazırlıq keçirlər. Onlardan bir neçəsi Dubnada (Moskva vilayətində elmi şəhərcik – red.) tədqiqat nüvə reaktorunu idarə edir. Güman edirəm, hökumət tərəfindən qərar verildikdən sonra biz hər cəhətdən hazır olacağıq. Tədqiqat nüvə reaktoru ölkəyə, əlbəttə ki, lazımdır, lakin onun yaradılmasına yatırılacaq vəsait də az deyil. Bu məbləğ təxminən 500 mln. manat civarındadır", - deyə A. Qəribov qeyd edib.

Mərkəzin rəhbəri onu da əlavə edib ki, tədqiqat nüvə reaktor üçün artıq yer ayrılıb və müsbət qərar verildikdən sonra onun yaradılması üzrə işlərə başlanılacaq.

 





13.03.2020    çap et  çap et