525.Az

Orta məktəblərin rus bölmələri üçün də teledərslər başlayır


 

Orta məktəblərin rus bölmələri üçün də teledərslər başlayır<b style="color:red"></b>

“Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin martın 16-sı üçün nəzərdə tutulan cədvəli müəyyənləşdirilib.

APA xəbər verir ki, martın 16-dan etibarən rus bölməsi üzrə təhsil alan şagirdlər, eləcə də məktəbəhazırlıq qruplarında oxuyan uşaqlar üçün də teledərslərə start verilir.

Təhsil Nazirliyi şagirdlərə dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.

Təhsil Nazirliyinin təşkilatçılığı ilə yayımlanan “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər bu imkanı Təhsil Nazirliyinin elektron resursları ilə qazana bilərlər.

 





13.03.2020    çap et  çap et