525.Az

"Ozan dünyası" jurnalının yeni sayı çıxıb


 

"Ozan dünyası" jurnalının yeni sayı çıxıb<b style="color:red"></b>

"Ozan dünyası" jurnalının 2020-ci ildə ilk nömrəsi işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, istər respublikamızda, istərsə də bir sıra xarici ölkələrdə aşıq sənətinin təbliğində, bu sənətə dair yeni-yeni araşdırmaların nəşr olunmasında mühüm xidmətləri olan jurnalın bu nömrəsində də oxucular aşıq sənətinin və bütövlükdə folklorumuzun araşdırıcısı olan alimlərimizin maraqlı elmi-tədqiqat yazıları, eləcə də, ustad aşıqların, tanınmış sazbəndlərin həyat və yaradıcılıqlarından bəhs edən maraqlı məqalələrlə, poetik nümunələrlə tanış ola biləcəklər.

Xatırladaq ki, "Ozan dünyası" jurnalı Xalq şairi Zəlimxan Yaqubun xeyir-duası və məsləhəti ilə Azərbaycan Aşıqlar Birliyinin orqanı kimi 2010-cu ildən nəşrə başlayıb. Redaksiya heyətində respublikamızın görkəmli alimlərinin və sənət adamlarının təmsil olunduğu jurnal son üç ildə baş redaktorun şəxsi vəsaiti ilə çap olunaraq müvafiq sahənin tədqiqatçıları və digər maraqlananlar arasında pulsuz yayımlanır.

Jurnalın baş redaktoru Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.

Qənirə Paşayeva Beynəlxalq Mahmud Kaşğari mükafatı ilə təltif olunub

Mahmud Kaşğari adına Beynəlxalq Fondun Mükafat Komissiyası Türk-İslam mədəniyyəti qarşısında göstərdiyi böyük xidmətlərə görə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanı Beynəlxalq Mahmud Kaşğari mükafatı ilə təltif edib.

2006-cı ildə Mahmud Kaşğari adına Beynəlxalq Fond tərəfindən təsis edilmiş Beynəlxaq Mahmud Kaşğari mükafatı Türk-İslam mədəniyyəti qarşısında xüsusi xidmətlərə görə beynəlxalq komissiya tərəfindən verilir. Komissiyanın sədri görkəmli Qazaxıstan yazıçısı, akademik Sabit Dosanovdur.

 





13.03.2020    çap et  çap et