525.Az

“Formula-1”in daha iki mərhələsi təxirə salınıb


 

“Formula-1”in daha iki mərhələsi təxirə salınıb<b style="color:red"></b>

“Formula-1”in daha iki mərhələsi təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, Avstraliyadan sonra mövsümün II və III mərhələsi olan Bəhreyn və Vyetnam Qran-prilərinin də koronavirus epidemiyası səbəbindən təxirə salındığı açıqlanıb.

Bundan başqa, Niderland, İspaniya və Monako Qran-prilərinin də keçirilməməsi, mövsümə 5-7 iyun tarixində Azərbaycan Qran-prisi ilə start verilməsi gözlənilir.

Qeyd edək ki, “McLaren”in işçilərinin birində koronavirus pandemiyası aşkarlandığından əvvəlcə Avstraliya Qran-prisi təxirə salınıb.

 





13.03.2020    çap et  çap et