525.Az

“Hüseyn Cavid. Əsərləri” kitabının Qafqaz Universitetində təqdimatı olub


 

“Hüseyn Cavid. Əsərləri”  kitabının Qafqaz Universitetində təqdimatı olub <b style="color:red"></b>

Dünən Qafqaz Universitetində Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun təşəbbüsü, “Kaspiqəzeti Kaspi Təhsil Mərkəzinin layihəsi əsasında Türkiyənin İstanbul şəhərində nəşr olunmuşHüseyn Cavid. Əsərlərikitabının təqdimatı keçirilib.

 

APA-nın məlumatına görə, təqdimat mərasimində universitetin rektoru Əhməd Sanıc Hüseyn Cavidin yaradıcılığı, onun ədəbiyyat sahəsində tutduğu mövqe barədə çıxış edib. Rektorun sözlərinə görə, kitabın türk dilində nəşr olunması H.Cavid irsini daha dərindən araşdırmaq, əsərlərini təhlil etmək baxımından əhəmiyyətlidir.

 

Filologiya elmləri doktoru, professor, Cavidşünas alim Kamran Əliyev kitabın nəşr olunmasını çox böyük hadisə kimi qiymətləndirib: “Biz dünyanın bütün sənətkarlarına diqqət yetirsək, görərik ki, təfəkkür genişliyinə malik yazıçılar tarix boyu yaşayırlar. Hüseyn Cavid məhz bu cür sənətkarlardandır. Hüseyn Cavid İslamçılığın türkçülüyün başlanğıcıdır. Onun yaradıcılığı ideyalara söykənir. Buna görə Hüseyn Cavid ideyalarından danışmaq, əslində gələcəyə baxaraq danışmaqdır”.

 

Kaspiqəzeti Kaspi Təhsil Mərkəzinin rəhbəri Sona Vəliyeva Cavidin əsərlərinin müasir dövr üçün əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, bu gün Cavid irsinin öyrənilməsi Türk dünyası bəşəriyyət üçün çox vacibdir: “Cavid minilliklərin yazarıdır ona bütün dövrlərdə ehtiyac duyulur. Cavid kimi sənətkarlar bəşəriyyət üçün doğulan sənətkarlardır. Yazıçı minilliklərlə davam edən romantizmi yeni məzmun dram şəklində ədəbiyyata gətirdi. Bu, ədəbiyyatda yeni bir hadisə idi. O, XX əsr İrfan ədəbiyyatının davamçısıdır. Cavidin toxunduğu mövzulara, yaratdığı əsərlərə baxdıqda da onun xüsusi missiya üçün həyata gəldiyini görərik. Cavid XX əsrdə Türkçülük məfkurəsini daha da yüksəyə qaldıran ideoloq idi. Bütün türkçülüyün, insanlığın məfkurəsi onun əsərlərində əks olunub”.

 

S.Vəliyeva qeyd edib ki, yazıçının əsərlərində bütün türk xalqları üçün anlaşıqlı bir dil seçməsi təsadüfi deyil: “Bu baxımdan Cavidin öyrənilməsi türk millətinin özünəqayıdışıdır. Cavid böyük türkçülük məfkurəsinin qurbanı olduğu üçün bu gün onun yaradıcılığını öyrənmək öyrətmək olduqca vacibdir”.

 

Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbirin digər iştirakçıları Cavid yaradıcılığı yazıçının Azərbaycan ədəbiyyatındakı rolu barədə çıxış ediblər.

 

Daha sonra Cavid haqqında qısametrajlı film nümayiş etdirilib universitetin tələbələri yazıçının yaradıcılığından əsərlər səsləndiriblər.
 





30.11.2013    çap et  çap et