525.Az

Nigar Rəfibəylinin 100 illik yubileyi qeyd olunub


 

Nigar Rəfibəylinin 100 illik yubileyi qeyd olunub <b style="color:red"></b>

Noyabrın 27- Azərbaycan Dövlət Filarmoniyasında  Xalq şairi Nigar Rəfibəylinin 100 illik yubileyi qeyd edildi. Mərasimi  giriş sözü ilə açan mədəniyyət turizm naziri Əbülfəs Qarayev Nigar Rəfibəylini XX əsr Azərbaycan poeziyasının ustad nümayəndəsi kimi dəyərləndirdi: “Azərbaycan mədəniyyət tarixində qədim zamanlardan dövrümüzə qədər çoxlu qadın sənətkar olmuş, onlar incəsənətin müxtəlif sahələrində, xüsusilə rəssamlıqda, teatrda, kinoda bir sıra dəyərli örnəklər yaratmışlar. Həmin sənətkarların biri Azərbaycanın Xalq şairi Nigar Rəfibəylidir.

Nigar Rəfibəyli XX əsr Azərbaycan poeziyasına məxsus ustad qələm sahibi, istedadlı şairədir. Azərbaycan oxucusu bu imzaya həm onun sağlığında, həm sonrakı illərdə rəğbət bəsləmişdir. Bilirsiniz ki, Nigar xanım Azərbaycanın istiqlalı uğrunda mübarizə aparan, buna görə təqiblərlə üzləşən bir nəslin nümayəndəsidir. Ata-babalarının şöhrətli olmağı sonralar Nigar xanımın həyatında bir çox çətinliklər yaratmışdı. Ağır sınaq illərində Nigar xanıma onun ömür-gün yoldaşı görkəmli şair Rəsul Rza arxa-dayaq olmuşdur. Hörmətli Anar müəllim iki böyük şairin həyat yolunu, ağır xoşbəxt yaşantılarınıSizsizromanında böyük sənətkarlıqla qələmə almışdır. Olduqca ziddiyyətli sovet ideologiyasının ağır təzyiqi altında sıxılan bir sistemdə yaşamasına baxmayaraq, Nigar xanım gənclik illərindən şair adını təsdiqləyə bilmiş, Azərbaycan dünya ədəbiyyatının zəngin ənənələrini mənimsəyərək qadın qəlbi kimi zərif, unudulmaz əsərlər yaratmışdır. Nigar Rəfibəyli bənzərsiz şair olmaqla yanaşı, tərcüməçi kimi  fəaliyyət göstərib. O, Şərq poeziyasının görkəmli nümayəndəsi Məhsəti Gəncəvinin rübailərini ana dilimizə tərcümə edib. Dövrün böyük söz ustaları olan Cəfər Cabbarlı, Hüseyn Cavid, Rəsul Rza, Səməd Vurğun, Süleyman Rüstəm, Süleyman Rəhimov, Mirzə İbrahimov, İlyas Əfəndiyev digərləri ilə yanaşı Nigar Rəfibəylinin yaradıcılığı ötən yüzilin canlı bədii salnaməsidir. Ümummilli lider Heydər Əliyev Gəncədə olanda şairənin abidəsinin açılış mərasimində iştirak etmiş, Gəncənin tarixində Rəfibəyli nəslinin xüsusi yeri olduğunu söyləmişdir”.

 

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Nigar Rəfibəylinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı verdiyi sərəncama görə ölkə başçısı İlham Əliyevə yubiley tədbirinin təşkilinə görə Mədəniyyət Turizm Nazirliyinə təşəkkürünü bildirdi.

 

Daha sonra Xalq şairinin həyat yaradıcılığına həsr olunan videoçarx nümayiş olundu. Təqdim olunan səhnələrdə Rəsul Rza obrazını Xalq artisti Fəxrəddin Manafov, Nigar Rəfibəyli obrazını isə aktrisa Mehriban Zəki canlandırırdı. Aparıcılar bu iki şairin həyat yaradıcılığından, ilk tanışlıqlarından, üzləşdikləri çətinliklərdən söhbət açdılar.

 

Tədbirdə həmçinin Xalq artisti Xuraman Fidan Qasımovalar, Əməkdar artistlər Almaz Orucova Aygün Bəylər, muğam ifaçısı Güllü Muradova şairənin sözlərinə bəstələnmiş mahnıları ifa etdilər.

 

 Ramil ƏHMƏD

 

 





30.11.2013    çap et  çap et