525.Az

Nigar Rəfibəylinin yüz illiyinə ithaf


 

Nigar Rəfibəylinin yüz illiyinə ithaf<b style="color:red"></b>

Bu günlərdə Türkiyənin nüfuzlu mədəniyyət, incəsənət ədəbiyyat dərgilərindən olanBərcəstəjurnalının dekabr nömrəsi işıq üzü görüb. Dərgi Azərbaycanın Xalq şairi Nigar Rəfibəylinin yüz illik yubileyi münasibətiylə şairəyə ithaf edilib. Jurnalın üz qabığında Nigar Rəfibəylinin gənclik illərinin şəkli yer alıb.

Dərgidə İmdat Avşarın tərcüməsində şairənin bir neçə şeiri yayımlanıb. Bundan əlavə  Xalq yazıçısı Anar, Ənvər Məmmədxanlı, Məmməd İsmayıl, Əjdər Ol, Günel Anarqızı, Pərvin başqa Azərbaycan yazıçı şairlərinin türkcəyə çevrilmiş əsərləri jurnalın bu sayında yayımlanıb. Eyni zamanda başqa türkdilli yazarların, Berik Şaxanovun, Beyimbet Maylinin, Esengül İbrayevin, Üriye Kadırovanın başqalarının da əsərləri həmin sayda işıq üzü görüb.

Qeyd edək ki, Nigar Rəfibəyliyə ithaf olunmuşBercestedərgisi Türkiyə mətbuatında maraqla qarşılanıb.  

XƏYALƏ

 





30.11.2013    çap et  çap et