525.Az

Nazarbayev dünya türklərini birləşməyə çağırıb


 

Nazarbayev dünya türklərini birləşməyə çağırıb<b style="color:red"></b>

Türklər yalnız birləşməklə dünyada effektiv gücə çevrilə bilərlər.

APA-nın xəbərinə görə, bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev İstanbulda keçirilən Türkiyə-Qazaxıstan biznes-forumunun bağlanış mərasimində deyib.

N.Nazarbayev Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkdən sitat gətirib: “Atatürk deyərdi ki, vaxt gələcək, bütün türklər birləşəcəklər. Ona görə də mən bütün türkdilli qardaşlarımı salamlayıram. Altay və Aralıq dənizi arasında bizim 200 milyon qardaşımız yaşayır. Əgər biz birləşsək, bütün dünyada effektiv gücə çevrilə bilərik”.

 





13.10.2012    çap et  çap et