525.Az

Əsl vətəndaş, alim örnəyi


 

Əsl vətəndaş, alim örnəyi<b style="color:red"></b>

millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru 

 Bu günlərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında "Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycan Qafqazşünaslıq Elmi Mərkəzi" mövzusunda "dəyirmi masa" keçirildi. Baş nazirin müavini, Xalq yazıçısı Elçin Əfəndiyev, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov, AMEA Şərqşünaslıq İnstitutunun direktoru, professor, millət vəkili Gövhər Baxşəliyeva, Azərbaycan Tarix Muzeyinin direktoru, AMEA-nın həqiqi üzvü akademik Nailə Vəlixanlı, Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Teymur Kərimli, AMEA-nın müxbir üzvü, professor Tofiq Hacıyev, təbii ki, ev sahibi - MDU-nun Bakı filialının rektoru, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva, habelə digər tanınmış alimlər, tarixçilər, şərqşünaslar, linqvistlər ictimaiyyət nümayəndələri "dəyirmi masa"da iştirak edirdilər. İştirak çıxış etməkdən məmnun qaldığım bu mötəbər elmi tədbir, eləcə , professor Nərgiz Paşayevanın, onun başçılıq etdiyi gənc təhsil ocağının Vətənimiz, mədəniyyətimiz adına imza atdığı bu böyük uğur haqqında öz düşüncə fikirlərimi oxucularla, ümumən ictimaiyyətimizlə bölüşmək elmi-ədəbi ictimaiyyətimizdən bundan sonrakı gözləntilər barədə bəzi fikirləri söyləmək istəyirəm. 

Mətbuatdan bəlli olduğu kimi, oktyabrın 28- Oksford Universitetinin Şərqşünaslıq Departamentinin dəvəti ilə Nərgiz xanım Paşayeva həmin universitetə gedib, bundan bir ay öncə - sentyabr ayında isə Oksford Universitetindən iki professor (şərqşünas alim) ali təhsil müəssisəsinin fəaliyyəti ilə tanış olmaq məqsədilə MDU-nun Bakı filialına gəlib. həmin görüşdə acınacaqlı bir gerçəklik ortalığa çıxıb: Oksford Universitetində Azərbaycan ədəbiyyatı, tarixi, dili haqqında heç tədris olunmur..! Özü , bu... Oksford Universitetində bədnam qonşumuz olan ermənilərin (eləcə , digər qonşumuz gürcülərin) dilinin tədris edilməsi fonunda baş verir...

Professor Nərgiz  Paşayeva vətəndaş yanğısı, azərbaycanlı qayğıkeşliyi ilə qeyd edir ki, "...müzakirələrdən sonra bəlli oldu ki, (Oksford Universitetində) XIX  yüzildən erməni dili keçirilirdi, lakin 1965-ci ildən sonra müntəzəm olaraq bakalavr magistr proqramları səviyyəsində erməni ədəbiyyatı, dili tarixi öyrənilir. Bu fənləri o vaxt keçmiş Sovet İttifaqından gələn müəllimlər tədris ediblər. Ancaq hazırda  Oksford Universitetində işləyən avropalı alimlər bu proqramı tədris edirlər". beləliklə, uzun illər Oksford Universiteti kimi dünyaca ünlü bir elm-təhsil, mədəniyyət ocağı davamlı olaraq erməni "elmi dəlilləri", "erməni həqiqətləri" məruz qalıb..! Təsəvvür edin, yalnız Böyük Britaniya deyil, dünyanın bir çox ölkəsi ilə tələbə, professor-müəllim bağlantısı olan bir elm, təhsil, mədəniyyət ocağında Azərbaycan həqiqətlərindən söz açmaq necə bir reaksiya, necə bir ortam vəd edir?!. - Gəlin açıq danışaq, şiddətini bəlkə çox qısa şəkildə çatdırdığımız uzunmüddətli "erməni elmi-mədəni ("həqiqətləri") propaqandası" fonunda bizim həqiqətən həqiqət olan həqiqətlərimizi ifadə edən sözümüz kəsərsiz olur... Bax, belə ortamda bir xanım professor, bir gənc təhsil müəssisəsi qocaman bir mühit önündə ciddi uğura imza atmağı bacarır! Bu, professor Nərgiz  Paşayevanın  şəxsi nüfuzu, intellektual qabiliyyəti,  gənc quruluş olmasına baxmayaraq, artıq elm-təhsil mədəniyyət ocağına çevrilmiş, müsbət imicli MDU-nun Bakı filialı fəallarının gözəl  çalışmalarının nəticəsidir! Fürsətdən istifadə edib, rektor Nərgiz  Paşayevanın timsalında bütün MDU Bakı filialı əməkdaşlarını təbrik  edir, yeni-yeni uğurlar arzulayıram!

Qayıdaq, Oksforda Nərgiz xanımın səfərinə. MDU-nun Bakı filialının rektoru britaniyalı alimlərlə müzakirələr  zamanı təklif edib ki, Oksford Universitetinin nəzdində Elmi Mərkəz açılsın bu Mərkəz gələcəkdə Oksford Universitetinin bir hissəsi kimi tanınsın, qəbul olunsun, gələcək nəsillər bundan istifadə  edə  bilsin.  Onun inandırıcı fikirləri haqlı mövqeyinin (belə deyək, ədalətli istəyinin!) Oksford Universitetinin yetkili nümayəndələri tərəfindən qəbul edilməsi  ilə  nəticələnib. Burada maraqlı nüanslardan biri , professor Nərgiz Paşayevanın Mərkəzin Nizami Gəncəvinin adını daşıması barədə təklifi olub. Məsələ ondadır ki, Britaniyalı alimlərin özlərinin hörmətli rektorumuza  etiraf  etdikləri kimi Oksford Universitetində Nizami Gəncəvi  "fars şairi" kimi  tədris edilir... Gəlin bu yerdə, yenidən Nərgiz xanımın sözlərinə müraciət edək: "...Mən isə onlara Nizaminin simasında qurucu, birləşdirici bir şəxsiyyət gördüyümü bildirdim.

...Mən Nizaminin simasında millətləri ayıran, etnik fikirləri bir-birinə qarşı qoyan bir sima görmürəm. Nizaminin simasında fərqli fikirləri yanaşmaları bir araya gətirən sima görürəm. Əgər siz razı olsanız, biz bu Elmi Mərkəzi Nizami Gəncəvinin şərəfinə adlandıracaq işimizi bu prinsiplə, bu siyasətlə, bu yanaşma ilə aparacağıq.

Mənə təklif etdilər ki, Mərkəzə Füzulinin adını verək. Mən dedim ki, əlbəttə, Füzuli dahi şairdir, yüksək müstəvidə bir mərkəzin adına layiq böyük simadır. Lakin mən çox xahiş edirəm ki, Mərkəzin adını dəyişməyək, Nizaminin adına olsun".

gizlədim,  bir  soydaşımın, bir elm adamının bu nəzakətli prinsipiallığı, ümumən onun elmi yaradıcı, təşkilati çalışmaları məni ilk növbədə bir azərbaycanlı olaraq qürurlandırır.  İstər-istəməz, böyük ustad Mir Cəlalı, akademik Arif Paşayevi, professor Aida İmanquliyevanı, öz parlaq fəaliyyəti, nəcib siması ilə yalnız  böyüdüyü ailənin deyil, bütün xalqın sevimlisi olan Mehriban Əliyevanı düşünür, Nərgiz xanımın su içdiyi bulağın, tərbiyə aldığı ailənin, yetişdiyi mühitin onun əldə etdiyi uğurların əsasında durduğunu, ölkəmiz üçün vətəndaş yanğısının köklərini təşkil etdiyini fikirləşirəm. Bu, Prezident İlham Əliyev cənablarının ölkəmizin  ümumi inkişafı, dünyada söz sahibi olması, öz haqq  etdiyi mövqelərə sahib olması üçün böyük səylərinə, onun "hücum diplomatiyası" taktikasına bir rektorun, bir elm xadiminin, bir yanar ürək sahibi olan vətəndaşın olumlu cavabıdır. - mən bunu bir örnək kimi xarakterizə edərdim. Bir yeni nəsil ziyalımızın yaratdığı belə bir örnək misalında, bizim hər birimiz ölkəmizin maraqlarına öz töhfələrimizlə cavab verməyə daxili ehtiyac duymalıyıq, deyə düşünürəm.

Bir daha xanım rektorun Oksforddakı nəzakətli prinsipiallığına qayıtmaq istərdim. Təbii ki, onun əsas məqsədi Oksford Universiteti kimi tanınmış elm, təhsil, mədəniyyət ocağında Azərbaycan tarixini, dilini, ədəbiyyatını  təbliğ  edən Mərkəzin yaradılması idi. Xanım Paşayevanın öz sözləri ilə desək, "...əsas məqsəd Nizami Gəncəvinin Azərbaycan şairi olduğunu sübut etmək deyil. Onsuz da Nizaminin əsərləri, fəlsəfəsi, kəlamları, həyatı buna sübutdur"... lakin bir Mərkəz yaradılırsa, elə yaradılışından öz adı ilə ülvi məqsədlərinə xidmət edirsə, bu daha yaxşı nəticə, daha təsirli hal deyilmi?..

Bilirsiz, biz professor Nərgiz Paşayevanın bu uğuru timsalında  həm  Avropada  itirilmiş illəri mümkün olan ən qısa zamanda doldurmaq (keçmək), bəzi qonşularımızla münasibətdə ("həqiqət davası"nda!) haqlılığımızı elmin, mədəniyyətin dili ilə, dünyanın, Britaniyanın, Oksfordun anladığı dillə anlatmaq baxımından əlverişli bir fürsət əldə etmişik! Mən bu fürsəti unikal fürsət hesab edirəm!

Belə bir Mərkəzin yaradılmasında əsas məqsədlərdən biri , Sovet dövründə beynəlxalq aləmdə özünü geniş tanıtmaq imkanları  çox zəif olan Azərbaycanın elm ictimai xadimlərini tanıtmaq olacaqdır. Bu isə yeni imzalar, yeni tədqiqatlar, yeni qatlar, yeni üfüqlər vəd edir... N.Paşayevanın qeyd etdiyi kimi, Azərbaycan alimlərinin, şərqşünaslarının, türkoloqlarının gözəl əsərləri var. - "Bu əsərlərin bəziləri Oksford Universitetində tədris edilən kitablardan - almanların, ingilislərin, fransızların yazdıqları kitablardan da elmi dərəcəsinə elmi nüfuzuna görə əksik deyil. Danışıqlar zamanı bəlli oldu ki, universitet əməkdaşlarının bu barədə məlumatı yoxdur. Ona görə bizim borcumuzdur ki, bunları bir daha həm özümüzə, həm belə bir müstəvidə Oksford Universitetinin alimlərinə tanıdaq".

Xanım rektorun vətəndaş yanğısı, alim narahatçılığı ilə bildirdiyi kimi, Azərbaycanın elm adamlarının ingilis, fransız, alman dillərində çap olunan elmi aləmə bəlli olan kitabları çox azdır, yox dərəcəsindədir. Bu Elmi Mərkəz açılandan sonra əlbəttə ki, deyilən elmi problemlərin həllinə aramla, sistemli şəkildə başlanılacaq.

Beləliklə, əziz soydaşlar, artıq Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycan Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılması haqqında memorandum imzalanıb hazırda bu istiqamətdə davam etdirilir. Qarşı aylarda professor Nərgiz Paşayeva Oksforda təkrar səfər edəcək səfər zamanı lazım olan sənədlər hazırlanacaq, həmin sənədlər əsasında gedəcək, son məqamda bu Elmi Mərkəz rəsmən fəaliyyətə başlayacaq.

Bununla da (bütün yuxarıda dediklərimizlə yanaşı) Azərbaycan Nizamişünaslığı dünya Nizamişünaslığı ilə, belə deyək, "konsesus"a gəlmək üçün mühüm bir müstəvi qazanacaq. təbii ki, bu "konsesus"da biz həm Nizami adının işığında (Nizami müdrikliyi Nizami irsi ilə!) həqiqətlərimizi yayacağıq, həm Nizami həqiqətinin özünü təbliğ edəcək, onun milli haqlarını tanıdacağıq. Başqa bir məqam isə dahi Nizaminin adını daşıyacaq Mərkəz yalnız Azərbaycanla məhdudlaşmır öz adında ümum Qafqaz hədəflərini ehtiva edir. Bu "ehtiva etmə"nin addan işə keçməsi üçün alimlərimizin, Nizamişünaslarımızın, Qafqazşünaslarımızın üzərinə önəmli vəzifələr düşməkdədir! - Ülvi vacib! Hər birimiz professor Nərgiz Paşayevanın bu istiqamətdə çalışmalarını yüksək qiymətləndirməklə yanaşı, ona dəstək olmalıyıq!

  Haşiyə: Etiraf edək ki, Nizamişünaslıq hazırda həllini gözləyən bir elm sahəsidir. Nərgiz Paşayeva sözügedən "dəyirmi masa"da haqlı olaraq deyirdi: "Mən çox istərdim ki, bizim həyatdan köçən çox gözəl alimlərimizin xatirinə bu layihə doğrudan da həyata keçsin. Bu, bizim vaxtilə ədəbiyyatşünaslığımıza töhfə verən alimlərin aqibəti kimi olmamalıdır. Nizami haqqında ən gözəl kitablardan biri Məmməd Əmin Rəsulzadənin yazdığı "Böyük Azərbaycan şairi Nizami"dir. Nizami Gəncəvi haqqında kitablar çoxdur, amma ən gözəl kitablardan biri budur. Heç bir kitab ingilis ya fransız dillərinə tərcümə olunmayıb. Bizim mənəvi haqqımız yoxdur ki, alimlərimizi unudaq".

lll

Bayaq qeyd etdiyimiz kimi Mərkəzın adında Qafqaz da keçir. Diqqətçəkici məqamdır ki, Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycan Qafqazşünaslıq Elmi Mərkəzi, Azərbaycan onun yerləşdiyi Qafqaz regionunun tarix mədəniyyətinin araşdırılması üzrə Böyük Britaniyada təsis ediləcək ilk elmi tədqiqat ocağıdır.

Çağdaş Azərbaycanın coğrafi ərazisi minilliklər ərzində bir çox qədim sivilizasiya mədəniyyətlərin kəsişdiyi (deyərdim, qovuşduğu!) yer olub. Bu mədəniyyət dinlərin Azərbaycanın maraqları baxımından öyrənilməsinin təşviq edilməsi Mərkəzin məqsədinə daxildir. Təsadüfi deyil ki, Mərkəz Oksford Universiteti nəzdində müxtəlif təqaüd proqramları, ictimai tədbirlər, elmi-praktik konfranslar, "dəyirmi masa"lar, akademik mübadilə, tədqiqatların aparılması, o cümlədən, müxtəlif tədris mədəni layihələr həyata keçirməyi nəzərdə tutur. Mərkəzin fəaliyyəti çərçivəsində tələbələrə, elmi tədqiqatçılara, jurnalistlərə, mədəniyyət incəsənət xadimlərinə, digər sosial qruplara Azərbaycanla bağlı Oksford Universitetində tədqiqatların aparılması üçün birdəfəlik kiçik qrantların ayrılması da nəzərdə tutulur.

xoşdur ( özəlliklə fərqləndirilməli haldır) ki, Mərkəzin ardıcıl həyata keçirəcəyi funksiyalardan biri Azərbaycan onunla bağlı elmi bilgilərin toplanaraq kitabxana fondu resursların formalaşdırılması olacaq. Həmçinin, Mərkəz Oksford Universitetində keçiriləcək tədbirlərin, tədqiqatların Azərbaycanla bağlı digər fəaliyyət növlərinin təqvimini tərtib edəcək. Mərkəz Böyük Britaniya Azərbaycan, habelə dünya üzrə elmi ictimaiyyəti yeni resurslar, tapıntılar yeni imkanlarla bağlı elektron poçt ünvanları vasitəsilə ətraflı bilgiləndirəcək.

Oksfordda, qocaman bir Avropa (dünya!) universitetində belə bir Mərkəzin yaradılması müstəqil Azərbaycanımız üçün əlamətdar hadisədir. Bu, dünya ictimaiyyətini Azərbaycanın zəngin tarixi ədəbiyyatı haqqında bilgiləndirmək baxımından əla imkan yaradacaq. (Bir daha vurğulamalıyam ki, Mərkəzin dahi Nizaminin şərəfinə adlandırılması isə bizim üçün xüsusi önəm daşıyır.) Azərbaycanın qabaqcıl alimləri bu tribunadan istifadə edərək, bütün dünyada zəngin Azərbaycan ədəbiyyatını təbliğ edərək, Nizaminin yaradıcılığı haqqında sanballı elmi işlər yazmalı, Mərkəzin daha səmərəli fəaliyyət göstərməsi üçün səy göstərməlidirlər.

Mərkəzin yaradılması dünyada Azərbaycanın Azərbaycan  dilinin,  ədəbiyyatının,  tarixinin, mədəniyyətinin, həqiqətlərinin  tanıdılması baxımından yüksək qiymətə layiqdir.

TƏŞƏKKÜRLƏR, NƏRGİZ XANIM!

 





30.11.2013    çap et  çap et